Topqapı Universitetində Xocalı faciəsinin 33 cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Türkiyənin İstanbul şəhərində Topqapı Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun mətbuat xidməti bildirib.
“Bu gün iştirakımızla Topqapı Universiteti Mavi Vətən Mərkəzində “33-cü ildönümündə Xocalı soyqırımı” anım proqramı və konfransı təşkil edildi”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd edilib.
Məlumata görə, tədbirdə faciənin tarixi miqyası, hüquqi aspektləri və onun yaddaşlarda qalması üçün görülməli tədbirlər müzakirə olunub.
Xatırladaq ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunacaq tədbir keçiriləcəyinə dair məlumat yayılmışdı.
Fevralın 15-də ABŞ-nin Mayami-Deyd dairəsində soyqırımının baş verdiyi gün Xocalının Anım Günü elan edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 Fevral 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















