Icma.az
close
up
RU
Toral Bayramov: Biabırçı nəticələr, biabırçı oyunlar...

Toral Bayramov: Biabırçı nəticələr, biabırçı oyunlar...

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Haitiyə 0:3 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir.

- Yığma Haitiyə də məğlub oldu. Fərqli nəticə qazanacağınızı düşünürdüz?

- Haitinin güclü rəqib olduğunu bilirdik, onları analiz etmişdik. Zəif və güclü tərəflərindən xəbərdar idik. Baxmayaraq, ilk hissədə 0:1 uduzduq, amma üstün tərəf biz idik. Hətta qollar vura bilərdik, amma alınmadı. Son nöqtəni qoya bilmədik. İkinci hissədə də hesabda önə keçmək istədik. Amma təəssüflər olsun ki, alınmadı. Qarşıda Belarusla oyunumuz var. Həmin görüşdə qələbə qazanmağa çalışacağıq.

- Start heyətində "Qarabağ"ın üzvləri və əvvəllər də bu komandada oynamış, bir-birini yaxşı tanıyan oyunçular var idi. Ən azından "Qarabağ"n göstərdiyi oyunun yarısını göstərməyə nə çatmadı?

- Biz bir yol seçmişik, o yol üzərində gedirik. Düşünürəm ki, pis də getmirik. İnanıram ki, istədiyimiz nəticəni və nəticələri əldə edəcəyik. Komandaya və məşqçimizə də inanıram. Bu pis vəziyyətdən çıxacağıq.

- Qarşıda Belarusla görüş sizi gözləyir. Son oyunda Tacikistanı 5:0 məğlub ediblər. Bu matçda da azərbaycanlı fanatlar üzüləcək?

- Milli komanda elədir ki, orada sırf azarkeşlər və ya sırf kiminsə üçünsə oynamırsan. Orada bayrağın, vətənin, xalqın üçün oynayırsan. Təbii ki, məğlub olmaq istəmərik. Heç bir oyunda uduzmaq istəmirik. Sadəcə bəzən nələrsə çatışmır, nələrisə düzgün edə bilmirik, son nöqtələri qoya bilmirik. Ya da hardasa diqqətsiz oluruq. Çalışacağıq ki, bu vəziyyətdən çıxaq, toparlanaq. İnanıram ki, hər şey yaxşı olacaq.

- Növbəti görüş "Bank Respublika Arena"dadır, Haitiyə qarşı görüş Sumqayıtda keçirildi. Bu amillər komandaya təsir edir? Məşq fərqli yerdə, oyunlar fərqli yerdə...

- Düşünürəm ki, yerli çempionatda oynayan futbolçular üçün təsir etməz. Çünki ən azından ildə iki dəfə bütün stadionlarda oynayırıq. Bundan əvvəl də oynamışıq. İnanmıram ki, onun təsiri olsun. 

- "Qarabağ"da həm yerli, həm də avrokuboklarda uğurlu nəticələr qazanırsız. Amma millidə davamlı olaraq bu qədər biabırçı nəticələr, biabırçı oyunlar sizi yormur?

- Biabırçı nəticələr, biabırçı oyunlar....Bu suala cavab verməyəcəyəm.

- Biabırçı nəticələrlə razılaşmırsan, yoxsa suala cavab vermək istəmirsən?

- Cavab verməyəcəyəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri