Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanının futbol çempionatında "Əl-Fəhya" klubunda forma geyən sabiq "Qarabağ"lı Yassin Benzianın Kriştiano Ronaldo ilə görüntüsü diqqət mərkəzinə düşüb.
Ölkə.Az xəbər verir ki, şənbə günü portuqaliyalı ulduzun çıxış etdiyi "Əl-Nəsr"lə qarşılaşan Benzianın komandası məğlub olub. Görüşdə "Qarabağ"ın keçmiş futbolçusu Ronaldo ilə görüşüb. O, Portuqaliyanın hücumçusu ilə çəkilən fotosunu sosial media hesabında paylaşıb. Fotoda Benzianın əlində "atlılar"ın müdafiəçisi Toral Bayramovun əlcəyinin olması diqqət çəkib.
Toral Bayramov isə öz növbəsində həmin paylaşımı instaqram hesabının hekayə bölməsində izləyiciləri ilə bölüşüb. Bu paylaşım bir çox sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Qeyd edək ki, "Əl-Nəsr" - "Əl-Fəhya" qarşılaşması 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib. Ronaldo həmin görüşdə dubla imza atmaqla qollarının sayını 952-yə çatdırıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Noyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















