Toral Bayramov legioner həyatına başlaya bilər bəs “Qarabağ” nə deyir?
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər yayılan diqqətçəkən transfer xəbərlərindən biri də “Qarabağ”ın futbolçusu Toral Bayramovla bağlıdı.
Həmkarlarımızın iddiasına inansaq, 24 yaşlı müdafiəçi “köhlən atlar”ı tərk etməyə yaxındı. Ona görə ki, hazırda Belçika və Polşa klublarından gələn təklifləri dəyərləndirməklə məşğuldu.
Düzdü, Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Football-plus.az”a açıqlamasında kluba Toralla bağlı həmin ölkələrdən rəsmi təklif gəlmədiyini bildirdi. Ancaq klubların birbaşa oyunçunun özüylə əlaqə yaratmaq ehtimalını istisna etmək olmaz.
Onsuz da Bayramovun legioner həyatı yaşamaq vaxtı yetişib. Biz hələ fevralda bunun mümkün olduğunu, gənc futbolçunun ölkəmizi başqa liqalarda layiqincə təmsil edəcəyinə inandığımızı bildirmişdik. Təbii ki, real təklif varsa...
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 İyul 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















