Toral yenə start heyətində yer aldı o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Mövsümlərarası fasilədə “Qarabağ”ı “Bursaspor”a dəyişən Toral Bayramov yeni komandasının heyətində növbəti görüşünü keçirib.
“Football-plus.az” xəbər verir ki, 25 yaşlı müdafiəçinin komandası yoxlama matçında “Erokspor”la qarşılaşıb. Toralın start heyətində yer aldığını, fasilədə qalan komanda yoldaşlarıyla birgə əvəzləndiyi matç “yaşıl-ağlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Bayramov “Bursapor”un heyətində ikinci dəfə şans qazanıb. Xatırladaq ki, futbolçu “Batman Petrolspor”a qarşı görüşdə də 45 dəqiqə meydanda olmuşdu.
Yeri gəlmişkən, Bursa təmsilçisi iyulun 26-da Ukrayna “Şaxtyor”u ilə qarşılaşacaq. Atatürk İdman Kompleksinin Matlı stadionunda keçiriləcək oyuna maraq böyükdü. Klub artıq biletləri satışa çıxarıb. Oyunun keçiriləcəyi idman qurğusunun tamaşaçı tutumu 43361 yerlikdi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















