Toraldan ABŞ də olan Nərimana dəstək “Kolumbus Kryu” azarkeşləri onun debütü üçün gün sayır
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”dan ayrılan Nəriman Axundzadənin dünən “Kolambus Kryu”nun düşərgəsinə qatıldığını, Ohayo təmsilçisinin əsas komandasıyla birgə məşqdə iştirak etdiyini yazmışdıq.
Bəs, ölkəmizdə həddən artıq tənqid eşidən gənc hücumçu yeni komandasının azarkeşləri tərəfindən necə qarşılanıb?
“Football-plus.az”ın məlumatına görə, Nərimanın məşqdən görüntülərinin paylaşıldığı şəkillərin rəy bölməsində fikirlərini bölüşən tərəfdarlar futbolçuya uğur arzulayıb.
“kerry.ragsdale”: “Səni oynayarkən görmək üçün səbirsizlənirəm. Ümid edirəm ki, şənbə günü oynayacaqsan”.
“pz.projects”: “Mənə elə gəlir Nəriman mövsümün taleyini həll dəcək”.
“kan208”: “İlk oyununu gözləyirəm. Ən qısa müddətdə debüt et”.
“rusti012”: “Nəriman, sənə uğurlar. Hər şey ürəyincə olsun. Daha doğrusu, ürəyimizcə...”
Rəylərin əksəriyyətini isə azərbaycanlıların xoş arzuları təşkil edir. Paylaşımda millimizin rəsmi səhifəsinin və “köhlən atlar”ın futbolçusu Toral Bayramovun dəstək rəyləri var.
Xatırladaq ki, “Kolumbus Kryu” ötən ay Nərimanla 3,5 illik müqavilə imzalayıb.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















