Icma.az
close
up
RU
Torbada pişik var... “SparkCat” troyanı qayıdıb: zərərli proqram yenidən “App Store” və “Google Play”də peyda olub

Torbada pişik var... “SparkCat” troyanı qayıdıb: zərərli proqram yenidən “App Store” və “Google Play”də peyda olub

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kaspersky mütəxəssisləri “SparkCat” troyanının ilk dəfə müəyyən edilib rəsmi mağazalardan silinməsindən bir il sonra “App Store” və “Google Play” mağazalarıdna onun yeni bir variantını aşkar ediblər. Zərərli proqram ilk baxışda tətbiqlərdə, o cümlədən korporativ mesajlaşma və yemək çatdırılma tətbiqlərində, gizlənir və kriptovalyuta cüzdanlarına girişi bərpa etmək üçün istifadəçinin foto qalereyasını şifrə üçün skan edir.

Bizimyol.info şirkətə istinadən xəbər verir ki, Kaspersky mütəxəssisləri “App Store”da iki, “Google Play” də isə bir yoluxmuş tətbiq aşkar ediblər. Onlar tapıntıları “Google” və “Apple” rəsmilərində bildiriblər və zərərli proqram artıq “Google Play”dən silinib. “SparkCat” troyanı ilə yoluxmuş tətbiqlər üçüncü tərəf resursları vasitəsilə də yayılır. Bu saytların bəziləri iPhone-da açıldıqda “App Store”u təqlid edir.

Kimləri hədəf alır. “Android” cihazlarında troyanın yenilənmiş versiyası yoluxmuş cihazların qalereyasındakı şəkilləri yapon, koreya və çin dillərində açar sözlər üçün skan edir. Bu, kampaniyanın əsasən Asiyadakı istifadəçiləri hədəf aldığını göstərir. Lakin, iOS üçün versiya fərqli bir yanaşmadan istifadə edir: ingilis dilində kriptocüzdanın mnemonik frazalarını axtarır, potensial olaraq hücum səthini genişləndirir və təhdidi dünya üzrə istifadəçilər üçün aktual edir.

Texniki xüsusiyyətləri. “Android” üçün “SparkCat”ın yenilənmiş versiyası əvvəlki versiyalardan daha mürəkkəbdir. Kod virtuallaşdırması və platformalararası proqramlaşdırma dillərinin istifadəsi daxil olmaqla, birdən çox qəlizləşdirmə qatından istifadə edir.

"SparkCat-ın yenilənmiş versiyası, ilk versiya kimi, müəyyən ssenarilərdə smartfon qalereyasındakı fotoşəkillərə baxmaq üçün giriş tələb edir. Troyan optik simvol tanıma texnologiyasından istifadə edərək şəkillərdəki mətni təhlil edir. Müvafiq açar sözləri aşkar etdikdən sonra şəkli təcavüzkarlara göndərir. Hazırkı nümunə ilə əvvəlki versiya arasındakı oxşarlıq onların eyni müəlliflər tərəfindən hazırlandığını göstərir. Rəsmi mağazalardan yüklənsə belə, tətbiqlərə giriş icazəsi verərkən diqqətli olmaq və cihazlarda təhlükəsizlik həllərindən istifadə etmək vacibdir", - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Sergey Puzan qeyd edir.

"SparkCat inkişaf edən mobil təhdiddir. Onun yaradıcıları daim onun müdafiədən yayınma üsullarını təkmilləşdirirlər və bu da proqramın rəsmi tətbiq mağazalarında təhlükəsizlik yoxlamalarını keçməsinə imkan verir. Bundan əlavə, SparkCat-ın tərtibatçıları mobil zərərli proqramın hazırlanmasında nadir hallarda istifadə olunan kod virtuallaşdırması və platformalararası proqramlaşdırma dilləri kimi metodları tətbiq edirlər. Bu, təcavüzkarların yüksək səviyyədə hazırlaşdığını göstərir", - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə digər mütəxəssisi Dmitri Kalinin əlavə edir.

Kaspersky məhsulları aşağıdakı təhdidləri aşkarlayır:

HEUR:Trojan.AndroidOS.SparkCat.*HEUR:Trojan.IphoneOS.SparkCat.*

Kaspersky mütəxəssisləri smartfon sahiblərinə aşağıdakıları tövsiyə edir:

etibarlı təhlükəsizlik həllindən istifadə edin. Məsələn, Android üçün Kaspersky zərərli proqramın quraşdırılmasından qoruyur, Apple əməliyyat sisteminin arxitekturasına uyğunlaşdırılmış iOS üçün Kaspersky isə təcavüzkarın əmr və idarəetmə serverinə məlumat ötürmək cəhdi aşkar edildikdə xəbərdarlıq göndərir;kriptovalyuta cüzdanları üçün bərpa ifadələri də daxil olmaqla, məxfi məlumatlar olan ekran görüntülərini qalereyada saxlamayın. Bunun üçün daha yaxşı olar ki, Kaspersky Password Manager kimi ixtisaslaşmış şifrə menecerlərindən istifadə edəsiniz;mümkün olduqda tətbiqə qalereyaya tam giriş verməkdən imtina edin. Bunun əvəzinə, onun yalnız sizə lazım olan şəkillərə girişini təmin etmək daha yaxşıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Aprel 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri