Torontoda qasırğa stadionu dağıtdı VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kanadanın Toronto şəhərində baş verən güclü qasırğa 65 000-ə qədər ev təsərrüfatını elektriksiz qoyub, şəhərin bəzi yerlərində daşqınlara səbəb olub və "AC/DC" rok qrupunun sentyabrın 16-da konsertinin planlaşdırıldığı "Rogers Stadium"a əhəmiyyətli dərəcədə zərər vurub.
Bu barədə CBC teleradioyayım şirkətindən məlumat verilib.
Məlumata görə, qasırğa "Rogers Stadium" tribunalarının bir hissəsinin dağılmasına səbəb olub və yüzlərlə oturacaq sırasını uçurub. Stadionun sahibi olan "Live Nation Canada" şirkəti zərərin miqyasını qiymətləndirir.
Tutumu 50 000 nəfər olan stadion ötən il açılıb. Konsertin təxirə salınması və ya ləğv edilməsi ilə bağlı qərar hələ verilməyib.
Torontonu vuran qasırğa həmçinin şəhər daxilində bir neçə əsas magistral yolun bağlanmasına gətirib çıxarıb və elektrik xətlərini qırıb. Qasırğa zamanı şəhərdə 13 sm-ə qədər yağış yağıb, küləyin sürəti bəzi ərazilərdə 35 m/san-ə çatıb. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 04 Sentyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















