Icma.az
close
up
RU
Torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirmə məsələsinə baxıla bilər

Torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirmə məsələsinə baxıla bilər

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu gün tez-tez qanunsuz tikilmiş evlərin özəlləşdirilməsi məsələsi qaldırılır. Niyə özəlləşdirilmir? Çünki torpağın kateqoriyasına uyğun şəkildə tikilməyib. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi və ya biznes obyekti tikilib və sonradan onun özəlləşdirilməsi istənilir. Təbii ki, ilk növbədə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirmə məsələsinə baxıla bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

O əlavə etdi ki, qanun layihəsi göstərir ki, işğaldan azad olunmuş ərazilərdə hava limanları tikilib və Azərbaycanın digər bölgələrində də yenilərinin tikilməsi nəzərdə tutulur:

"Həmçinin dəhlizlərin açılması və digər məsələlərlə əlaqədar yeni hava və dəniz limanlarının salınmasına ehtiyac var. Belə zəruri hallarda hər hansı mülkiyyətçinin öz əmlakını əsassız şəkildə yüksək qiymətə dövlətə təklif etməsi yolverilməzdir. Əgər bu dövlət ehtiyacıdırsa və ölkənin büdcəsi, gələcəyi üçün əhəmiyyət daşıyırsa, həmin əmlak dövlətin müəyyən etdiyi qiymət əsasında dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir.

İşğaldan azad olunmuş ərazilərlə bağlı qeyd olundu ki, burada özəl sektor kifayət qədər fəal iştirak edir. İnsanlar həmin ərazilərdə yaşayır və fəaliyyət göstərirlər. Cənab prezident hər səfərində yeni müəssisələrin açılışını edir, yeni iş yerlərinin yaradılmasına təkan verir. Bu müəssisələrin əhəmiyyətli hissəsi özəl sektor tərəfindən həm dövlət kreditləri, həm də şəxsi vəsaitlər hesabına  yaradılıb. Müxtəlif investorlar burada fəaliyyət göstərir. İşlərin görülməsi üçün tenderlər elan olunur və qalib gələn şirkətlər layihələri həyata keçirirlər. Bu gün şəhərsalma ilə bağlı geniş tədbirlər həyata keçirilir və “Şəhərsalma ili” elan olunub. Artıq hər kəsin öz istədiyi formada tikinti aparması mümkün deyil. Dünya təcrübəsinə uyğun, müasir infrastruktura malik, standartlara cavab verən yaşayış evləri inşa olunur və vətəndaşlara təqdim edilir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Fevral 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri