Icma.az
close
up
RU
Torpaq alıb satanların DİQQƏTİNƏ

Torpaq alıb satanların DİQQƏTİNƏ

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Günümüzdə daşınmaz əmlak təkcə mülkiyyət yox, həm də investisiya alətidir.

Torpaq alqı-satqısı həm hüquqi, həm də maliyyə baxımından diqqət və dəqiqlik tələb edir. Bu prosesdə mülkiyyət hüquqlarının düzgün şəkildə qorunması, yerli qanunlara riayət edilməsi və əmlakın qiymətləndirilməsi vacibdir. Torpaq alqı-satqısı zamanı mülkiyyət sənədlərini diqqətlə yoxlamaq və doğru müqavilə bağlamaq hüquqi problemlərdən qaçınmaq üçün çox önəmlidir. Satıcı və alıcı arasında şəffaflıq hər iki tərəfin maraqlarını qorumağa kömək edər.

Ölkəmizdə torpaq sahələrinə qoyulan sərmayələri kifayət qədər gəlirli hesab etmək olar. Xüsusilə də əhalinin sayının artması, tikinti sektorunun genişlənməsi Bakı şəhərində boş torpaq sahələrinin get-gedə azalması ilə nəticələnir. Bu da qiymətlərin artmasını şərtləndirir. Lakin müşahidələr onu göstərir ki, bahalaşma heç də bütün əraziləri əhatə etmir.

Bəs torpaq alqı-satqısından pul qazanmaq üçün hansı amilləri nəzərə almaq lazımdır?

News24.az milli.az-a istinadla xəbər verir ki, daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir ki, 20 il əvvəllə müqayisə etsək, torpaq sahələrində qiymətlər 20 dəfədən çox artıb: “Bu baxımdan vətəndaşlar çıxarışı olan torpaq sahələrinə yatırım edərlərsə, bu onlara daha çox gəlir gətirmiş olar”.

Ekspert çıxarışsız torpağa sərmayə qoymağı tövsiyə etmir. Onun sözlərinə görə, belə əmlaklardan nəinki gəlir əldə etmək, onları satmaq da çətindir.

Hazırda Bakı və Abşeron ərazisində ən ucuz torpaq sahələrinə Atyalı qəsəbəsində rast gəlmək mümkündür. Burada torpağın bir sotunu 700 manata almaq olar. Ən yüksək qiymət isə Səbail rayonundadır. Belə ki, daha çox “Tarqovu” küçəsi kimi tanınan əraziyə yaxın yerləşən torpaq sahəsinin sotu 555 min manatdan satışa çıxarılıb. Ümumilikdə 9 sotdan ibarət olan əmlakın cəmi qiyməti 5 milyon manat təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri