Icma.az
close
up
RU
Torpaq çərşənbəsi ənənələri: Novruz falları icra olunardı, musiqi ilə oyanılardı, papaq atılardı... Video

Torpaq çərşənbəsi ənənələri: Novruz falları icra olunardı, musiqi ilə oyanılardı, papaq atılardı... Video

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Novruza qədər olan çərşənbələrin ən sonuncusu ilaxır çərşənbədir. Bu çərşənbəyə “torpaq çərşənbə”, “yel çərşənbə”, “çərşənbə-suri”, “axır çərşənbə” və s. də deyilir.

AMEA Folklor İnstututunun elmi işçisi, dosent İlhamə Qəsəbova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “ilaxır çərşənbə” ilin axırıncı çərşənbəsi olaraq qeyd olunur və bu çərşənbələrdə ayinlər icra olunur, fallara baxılır.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent İlhamə Qəsəbova

“Qızlar, öncə öz bəxtlərinin bilinməsini və ya taleyində nəyin dəyişəcəyini öyrənmək üçün fallar icra edirlər. Ali məktəbə qəbul olmaq istəyən gənclərimiz qulaq falına çıxırlar. Bu fallarla yanaşı, həm də bölgələrimizdə gecə səhərə qədər yatmırlar və dan sökülən vaxtı, günəş doğanda su başına gedərlər, ordan lal su gətirərlər.

Keçmiş zamanda qara zurnanın, sazın sədası altında keçirilərdi. Xalqı musiqi ilə oyadardılar. Həm də yeni ilin, yeni günün gəlişinə bir işarə idi. Böyüklərimiz, ağsaqqallarımız yığışardılar, qaravəllilər söyləyərdilər, başlarına gələn əhvalatlardan danışardılar, aşıqlar meydan alardı. Yazın bayramı hər zaman sazın bayramı olub və yazın gəlişi ilə sazlarımız meydan alıb. Aşıqların söylədikləri bu qaravəllilərdə ibrətamiz ifadələr daha çox idi. Bəzən gülməli olsun deyə yatan insanı döşəyə, yorğana tikərdilər.

Səhər tezdən gətirilən sularla hamı təmizlənərdi, qızlarımız həmin sudan fala baxardılar. Bu çərşənbədə bizim bayram tonqallarımız alovlanardı. Çərşənbə tonqallarımız qalanardı, üstündən atlanardılar”-deyə İlhamə Qəsəbova qeyd edib.

İlhamə Qəsəbova bildirib ki, dördüncü çərşənbədə bizim uşaqlarımızın, əzizlərimizin sevdiyi "papaq atma" mərasimi daha çox icra olunur.

“Ənənələrdən “papaq atma”nı uşaqlar edir. Burada əsas məqsəd, bayram payı almaqdır. Eyni zamanda qapıların döyülüb, o qapıya uşaq səsinin gəlməsidir”-deyə alim vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri