Icma.az
close
up
RU
“Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib

“Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib.

AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, işçi qrupuna daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, o cümlədən Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi, məcəllənin konsepsiyasının hazırlanması istiqamətində müzakirələr aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev torpaq münasibətlərinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinin, torpaqların idarəedilməsində, onların istifadəsinə nəzarət və mühafizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Torpaq Məcəlləsinin konsepsiyasında müasir çağırışlar fonunda iqlim dəyişikliyi və onun təsirlərinin nəzərə alınması, ölkə ərazisində özbaşına tikililərə, təyinatdan kənar istifadə və mühafizə zonalarına riayət edilməsinə münasibətdə yeni nəzarət mexanizminin yaradılması, torpaq sahələrinin konsolidasiyası və digər məsələlərin əks olunması məqsədəuyğun hesab edilib.

İclasda müxtəlif dövlət qurumlarının nümayəndələri öz sahələri üzrə mövcud problemləri, hüquqi boşluqları və praktiki çətinlikləri diqqətə çatdırıb, qanunvericiliyin təhlili, torpaqların kadastr uçotu və idarəçiliyində səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürüblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see319

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see141

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see124

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see116

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri