Icma.az
close
up
RU
Torpaqlarını düşmən işğalından azad etmək istiqamətində Ukrayna Azərbaycandan nümunə götürməlidir

Torpaqlarını düşmən işğalından azad etmək istiqamətində Ukrayna Azərbaycandan nümunə götürməlidir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Bir neçə gün əvvəl mətbuat səhifələrinin birində hansısa bir hərbi ekspertin “Azərbaycan Ukrayna döyüşlərindən faydalana bilər” şərhi ilə qarşılaşdım. Ciddiyə almaq istəməsəm də, həmin şəxsin bu istiqamətdə fikir yürütməsi absurd göründü mənə. 44 günə torpaqlarını işğaldan azad edən Azərbaycan, 3 ildir Qərbin dəstəyi və silahları ilə müharibə edən, vətəndaşları qaçqın kimi dünyaya səpələnən Ukraynadan nə ümunə götürə bilər ki?

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, hərbi hazırlıq canlı orqanizm kimi daimi inkişafdadır və bu inkişaf həm daxildə, həm xaricdə olan təcrübələri əsasında həyata keçirilir.

Şair Ramaldanov

Şair Ramaldanov qeyd edib ki, hər bir müharibədə, hər bir döyüşdə, hər bir silahlı toqquşmada əldə olunan təcrübədən prinsipial faydalanmalıyıq, çünki döyüşlər bir-birindən fərqli olur.

“Mətbuatda yayımlanan “Azərbaycan gərək Ukraynadan nəsə öyrənməlidir” düşüncəsi ilə mən razı deyiləm. Ona görə ki, tarixi şərait, məqsədlər və ikili standartlar dünyasında olmağımız bu çərçivədə xüsusi nüansdır. Beynəlxalq aləmin Azərbaycana və Ukraynaya fərqli yanaşması var. Belə deyək; Rusiya tərəfindən Ermənistanın dəstəklənməsi fonunda Azərbaycan beynəlxalq dünya ilə üz-üzə və təkbətək qaldı. Digər tərəfdən, Azərbaycan heç gözləmirdi ki, qonşu dövlət olaraq Sovetlər Birliyində bir yerdə olan, çoxsaylı ailə-qohumluq əlaqələrimiz olan və Sovet dövründə inkişaf edən bir ölkə Azərbaycana təcavüz edəcək, Azərbaycanın torpaqlarını işğal edəcək.

Qeyd edək ki, Ermənistan Rusiyanın maraqlı qüvvələri tərəfindən bu prosesə hazırlaşırdı və silahlanırdı. Azərbaycanda hətta ov tüfəngləri belə insanların əlindən alınaraq, silahlanmış erməni faşizminin qarşısında əhalimizi əli silahsız saxlamışdılar. Prinsip cəhətdən Azərbaycanın igid oğulları böyük qəhrəmanlıq göstərərək, canı-qanı bahasına özünü müdafiə dəstələri quraraq, mülki əhalinin yaşayış məntəqələrindən sağ çıxarmaq uğrunda döyüşür və onların təhlükəsizliyini təmin edirdilər. Həmin dövrdə Azərbaycan ordusu heç formalaşmamışdı. Rusiyanın ordusu və keçmiş Sovet ordusu çıxandan sonra demək olar ki, Azərbaycan silahsız və sursatsız qalan bir ölkə idi.

İqtisadiyyatda olan problemlər, daxili çəkişmə və s. bütün bunlar ulu öndərin qayıdışına qədər çox acınacaqlı bir şəkildə tarixə yazıldı. Azərbaycan işğala məruz qaldı. Heydər Əliyev gələndən sonra Azərbaycan ordusu onun rəhbərliyi altında Horadiz əməliyyatı kimi əks-hücum əməliyyatı keçirdi. İki gün ərzində 30 kilometrə kimi irəlilədi, 22 yaşayış məntəqəsi azad olundu. Horadiz şəhəri, o cümlədən Cocuq Mərcanlı kəndi azad edildi və düşməni Bişkek razılığına qol çəkməyə məcbur etdi. Ondan sonrakı proseslər Azərbaycanın ordusunun formalaşması və bu günə kimi qələbəyə aparan bir yolla inkişaf elədi. Baxmayaraq ki, çoxsaylı müdafiə xətləri qurulmuşdu və çox möhkəm müdafiə qurğuları var idi, ərazilər minalanmışdı və s. Ermənilər o müdafiə xəttinin arxasında özlərini çox rahat hiss edirdilər və düşünürdülər ki, belə bir müdafiə xətti keçilməzdir və Azərbaycan Ordusu heç vaxtı bu xətti keçə bilməz. Ancaq buna baxmayaraq, Azərbaycan ordusu qısa bir zaman dilimində - 44 gündə işğalçı qüvvələri darmadağın etdi və ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadir oldu.

Mən heç nə demək istəmirəm. Ukraynanın igid, qəhrəman, canından keçən əsgərləri var. Ancaq müəyyən bir şəkildə dərs götürmək lazım olarsa, mənə elə gəlir ki, Ukrayna Azərbaycandan dərs götürə bilər, işğal olunmuş torpaqlarını azad etmək bacarığını, məhz Azərbaycandan öyrənə bilər. Həm də 44 gün ərzində, həm də üç rayonu heç bir güllə atmadan azad etməkdən...

Azərbaycanın bu müharibədə döyüşləri hərb elminin inkişafına səbəb oldu. Azərbaycan XXI əsrin standartlarına cavab verən, müasir döyüş aparan ölkələrdən və ordulardan biri kimi tarixə keçdi. Həyata keçirilən lokal antiterror tədbirləri unikallığı ilə seçilərək Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı”-deyə Şair Ramaldanov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see497

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see209

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see171

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see146

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see131

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see131

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see130

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see128

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see127

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see127

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see125

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see124

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see124

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see123

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see122

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri