“Tottenhem” Mastantuonoya külli miqdarda vəsait xərcləmək istəyir
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İspaniyanın “Real” futbol komandasının yarımmüdafiəçisi Franko Mastantuono yay transfer pəncərəsində klubunu dəyişə bilər.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu ilə İngiltərənin “Tottenhem” klubu maraqlanır. London təmsilçisi 18 yaşlı oyunçunun transferi üçün ciddi məbləğ ödəməyə hazırdır.
“Real” rəhbərliyinin Mastantuononun mümkün satışına münasibəti hələlik məlum deyil. Daha əvvəl futbolçunun oyun təcrübəsi qazanması üçün icarəyə verilə biləcəyi də bildirilib.
Mastantuono 2025-ci ilin yayında Argentinanın “River Pleyt” klubundan “Real”a keçib. Madrid təmsilçisi onun transferi üçün 45 milyon avro (90 milyon manat) ödəyib.
Argentinalı futbolçu 2025/2026 mövsümündə “Real”ın heyətində bütün turnirlər üzrə 35 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Mastantuononun Madrid klubu ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
Baxış sayı:160
Bu xəbər 12 İyul 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















