“Tottenhem” Rişarlisonu cəzalandırdı
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin “Tottenhem” futbol klubu braziliyalı hücumçu Rişarlisonla bağlı sərt qərar verib.
İdman.Biz xəbər verir ki, London təmsilçisi 29 yaşlı futbolçunu Premyer Liqanın 2026/27 mövsümü üçün iştirak ərizəsinə daxil etməyib. İngiltərə çempionatında klublara maksimum 25 futbolçu qeydiyyatdan keçirməyə icazə verilir.
Rişarlison yay transfer pəncərəsinin son günlərində sabiq klubu “Everton”a qayıtmaq istəyib. Lakin tərəflər arasında razılaşma baş tutmayıb və braziliyalı futbolçu komandada qalıb. Bununla belə, baş məşqçi Roberto De Zerbinin də onu yeni mövsüm üçün planlarına daxil etmədiyi bildirilir.
Mənbə qərarı Rişarlisonun son günlərdə səsləndirdiyi sərt açıqlamalarla da əlaqələndirib. Hücumçu karyerası ərzində bir sıra qərarların onun əvəzinə başqa şəxslər tərəfindən verildiyini söyləmişdi.
Premyer Liqa üçün qeydiyyatdan kənarda qalan Rişarlison indi transfer pəncərəsi hələ açıq olan ölkələrdən birinə üz tuta bilər. Səudiyyə Ərəbistanı və Türkiyə mümkün variantlar arasında göstərilir.
Baxış sayı:119
Bu xəbər 04 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















