Icma.az
close
up
RU
Tövlə, hin tikmək icazəli olacaq... İlin əvvəlindən yeni qaydalar qüvvəyə minib

Tövlə, hin tikmək icazəli olacaq... İlin əvvəlindən yeni qaydalar qüvvəyə minib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rövşən Ağayev: “Gərəksiz bürokratik bir mexanizm yaradılır...”

Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişikliyə görə, yanvarın 1-dən əhali öz həyətində tikəcəyi, hündürlüyü 3 metri, sahəsi 100 kv/metri ötən yardımçı binaların tikintisi üçün yerli icra hakmiyyətlərindən icazə almalıdır.

Yeni qaydaları şərh edən iqtisadçı Rövşən Ağayev bildirir ki, Azərbaycan təcrübəsində icazənin necə bir vasitə olduğunu hər kəs yaxşı bilir:“Maraqlı olan başqa məsələdir: Azərbaycan Avropa deyil, hətta Türkiyə deyil ki, belə icazəni yaşadığı ərazini tərk eləmədən özünün səs verdiyi seçkili orqandan və şəxsdən alsın. Əhalinin səsindən asılı olan, həm də idarə elədiyi ərazidə iqtisadi inkişafda maraqlı olan yerli özünüidarə orqanları bu məsələni kimsəyə problem yaratmadan həll edirlər.

Üstəlik, Azərbaycan məhz bu icazə məsələsində təcrübəsinə istinad edilən Avropdan fərqli olaraq kənd təsərrüfatında sənaye tipli istehsal miqyasına nail ola bilməyib. Bu ölkələrdə məşğul əhainin maksimum 2-3%-i fermerdir, orta torpaq ölçüsü və heyvan sayı bizdən on dəfələrlə çoxdur, fermerçilik gəlir gətirən sahibkarlığın bir formasıdır”.

İqtisadçı deyir ki, Azərbaycanda bəzi rayonlarda məşğul əhalinin 60-62%-i aqrar sektorda çalışır. Onun sözlərinə görə, fermerçilik sahibkarlıq fəaliyyəti yox, öz fizioloji mövcudluğunu qorumaq üçün məşğuliyyətdir:“Torpaq payı olan ailə təsərrüfatlarının ən azı 75-80%-nin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların orta ölçüsü 2 hektardan azdır. Bu torpaqlar ən yaxşı halda ya heyvanlar üçün ot-yem istehsalı üçün, ya da texniki və ya tərəvəz bitkilərinin becərilməsi üçün istifadə edilir. Yəni ailə təsərrüfatları istehsal üçün tıkinti və qurğuları bilavasitə özlərinin həyatyanı sahələrində yaradırlar”.

R.Ağayev vurğulayır ki, indi də hökumət, məsələn, 101 kv/metr toyuq hininin və ya maltövləsinin tikintisi üçün gərəksiz bürokratik bir mexanizm yaradır.

“Yenə deyirəm, sənaye tipli istehsal üçün bəlkə də bunu anlamaq olardı. Məhz bu cür istehsal üçün obyektiv meyarlar müəyyən edilə bilər. Məsələn, hətəyyanı sahədə 200-250 başdan artıq xırda baş, 20-25 başdan artıq iribuynuzlu, 500-dən artıq quş üçün tələb olunan tikinti sahəsini sənaye istehsalı üçün məqbul hesab etmək olardı. Bu isə ən azı 500 kv/metr tikinti sahəsini tələb edə bilər.Amma dur 101 kv/metr toyuq hinini tikən ailə təsərrüfatını göndər icazə almağa. Bilə-bilə ki, bu icazə deyil, vətəndaşı narazı salmaqdır”, - iqtisadçı təssüflə qeyd edir.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri