Tovuz şəhər stadionunda növbəti oyun təbii örtüklü meydançada keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tovuz, 22 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz şəhər stadionunun meydançasında işlər yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Turan Tovuz PFK-nın mətbuat katibi Süleyman Tağıyev məlumat verib. Onun sözlərinə görə, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə iyulun 25-dən start verilib. Süni örtük çıxarıldıqdan sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçirilib. Bundan sonra torpaqlama aparılıb və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanılıb.
“Artıq meydançada işlər tamamlanmaq üzrədir. Noyabrın 2-də Misli Premyer Liqasının X turunda “Turan Tovuz” – “Şamaxı” oyunu məhz yeni təbii örtükdə, doğma stadionumuzda keçiriləcək. Ümumiyyətlə infrastruktur layihələrimiz davam edəcək” - deyə, S.Tağıyev əlavə edib.
Qeyd edək ki, stadion ərazisində təmir bərpa işləri mərhələli şəkildə həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 22 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















