Icma.az
close
up
RU
Tovuz stadionunda tamaşaçı antirekordu cəmi 2500 adam gəldi

Tovuz stadionunda tamaşaçı antirekordu cəmi 2500 adam gəldi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

30-cu turun “Turan Tovuz” - “Sabah” oyunu təkcə meydan sahiblərinin əzmkar qələbəsi, Kurban Berdıyevin karyerasında ilk dəfə qırmızı vərəqə görməsi ilə yadda qalmadı. İş ondadı ki, Tovuz stadionunda həm də carı mövsüm üçün azarkeş antirekordu yaşandı.

Həmişə azarkeş dəstəyi ilə seçilən “bozqurd”un yanında həmin gün cəmi 2500 adam var idi. Əlbəttə, Tovuza “Səbail” və ya “Şamaxı” gəlsəydi, belə zəif dəstəyi anlamaq olardı. Axı hər yerdə olduğu kimi, Azərbaycanda da rəqibin kimliyi dəstəyin miqyası baxımından böyük əhəmiyyətə malikdi. Amma Tovuza yerli komandanın ən ciddi rəqiblərindən “Sabah” təşrif buyurmuşdu.
Bəs niyə azarkeşlər bu oyuna biganəlik göstərdi, “Turan Tovuz”un yanında olmaq istəmədi? Bizə elə gəlir ki, tribunaların təxminən üçdəikisinin boş qalmasının bir yox, bir neçə səbəbi var. Burda Veysəl Rzayevin “Səbail”lə səfər oyunundakı hoqqası əsas götürülməlidi. Dünyanın heç bir yerində futbolçuların azarkeşlərlə münaqişəyə girməsi, dava-dalaş etməsi xoş qarşılanmır. Veysəl Bayılda tovuzlu azarkeşlərə hücum çəkməklə onları stadiondan perik saldı. Düzdü, klub rəhbərliyi azarkeşləri sakitləşdirmək üçün futbolçunun cərimələndiyini elan etdi. Amma komandanın lider futbolçularından birinin, məsələn, kapitan Şəhriyar Əliyevin araya girib barışdırıcı açıqlama verməsə, hətta Rzayevi tənbeh etməsi daha yaxşı yol olardı.
İkinci əsas səbəb nəticələrdəki qeyri-sabitlikdi. Komandanın son 5 oyunda cəmi 2 xal toplaması ən nikbin tovuzlu azarkeşlərin də ürəyincə deyildi. “Turan Tovuz” buna qədər keçirdiyi son üç ev oyununda məğlubiyyətlə barışmışdı. Üçüncü və sonuncu səbəb kimi hava şəraitini göstərmək olar. Havanın yağışlı və çox soyuq olması azarkeşləri evdə saxlamışdı. Bunlar bizim ehtimallar idi. Amma “Ultras Turan”ın rəhbərlərindən Kamal Saqqayevin də fikrini öyrəndik:

“Hər şey qaydasındadı. Bəzi üzvlərimiz işlə bağlı gəlməmişdi. Bəzi azarkeşlər də hava şəraitinə görə meydanda ola bilmədilər. “Ultras Turan” həmişə komandanın yanındadı”.


Bu məqamda “Turan Tovuz”un cari mövsümdəki ev oyunlarının statistikasına baxmaq da yerinə düşür. “Sabah”la oyuna qədər ən az azarkeş sayı 16-cı turun “Şamaxı” ilə oyununda (3:2) olmuşdu. Həmin oyunu cəmi 3000 azarkeş izləmişdi. Bu mənada ən yüksək göstərici 28-ci turun “Qarabağ”la oyununda qeydə alınıb. “Bozqurd”un ağdamlılarla qarşılaşmasında tribunalar doldu-daşdı və bəlkə həm də bu məqam yerli komandanı “yandırdı”. Acı məğlubiyyəti nəzərdə tuturuq.
“Turan Tovuz”un ev oyunlarında azarkeş sayı
2-ci tur. “Sumqayıt” - 1:0. 4500
5-ci tur. “Səbail” - 1:0. 5500
7-ci tur. “Araz-Naxçıvan” - 1:2. 5000
9-cu tur. “Zirə” - 1:0. 4000
11-ci tur. “Kəpəz” - 2:1. 3800
12-ci tur. “Qarabağ” - 0:0. 6000
14-cü tur. “Sabah” - 1:1. 4500
16-cı tur. “Şamaxı” - 3:2. 3000
18-ci tur. “Neftçi” - 1:1. 3500
21-ci tur. “Səbail” - 1:1. 5000
23-cü tur “Araz-Naxçıvan” - 1:0. 4100
25-ci tur. “Zirə” - 0:2. 4100
27-ci tur. “Sumqayıt” - 1:2. 4700
28-ci tur. “Qarabağ” - 1:4. 6500
30-cu tur. “Sabah” - 2:1. 2500
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri