Tovuzda avtomobil azyaşlını vurub, daha sonra aşıb FOTO
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tovuz rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən azyaşlını vurub.
Qəzadan sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı fərdi yaşayış evinin həyətinə aşıb. Nəticədə azyaşlı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı sürücü xəsarət almayıb. İlkin məlumata görə, azyaşlı avtobusdan düşdükdən sonra yolu keçmək istəyərkən qəza baş verib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 01 May 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















