Icma.az
close
up
RU
Tovuzda bayram coşqusu VİDEO

Tovuzda bayram coşqusu VİDEO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tovuz, 20 mart, AZƏRTAC

Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın milli-mənəvi dəyərlərini, zəngin adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə möhtəşəm ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin, qonaqların və sakinlərin qatıldığı bayram şənliyi yüksək əhval-ruhiyyə, rəngarəng proqram və qədim ənənələrin müasir təqdimatı ilə yadda qalıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov tovuzluları və qonaqları Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri məhz Novruz bayramıdır. Ümummilli Lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı Novruz bayramının xalq arasında sevilərək yaşadılmasını təmin edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Novruzun YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu dəyərin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, sosial rifahın yüksəldilməsinə yönələn siyasətin hər bir vətəndaşın həyatında mühüm rol oynadığı vurğulanıb.

Bayram tədbirinə xüsusi rəng qatan məqamlardan biri də Novruzun milli personajları – Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəlin iştirakı olub. Onlar faytonla şəhər üzrə bayram gəzintisi etdikdən sonra təntənəli şəkildə meydana daxil olaraq tədbir iştirakçılarını salamlayıb və rəmzi bayram tonqalı qalanıbdır. Kosa ilə Keçəlin məzəli deyişmələri, xalq yumoru elementləri ilə zəngin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Meydanın mərkəzində ucaldılan möhtəşəm tonqal ətrafında toplaşan sakinlərə tədbir çərçivəsində təşkil olunan geniş “Novruz” sərgisi xüsusi maraq doğurub. Burada xalq sənətkarlığı nümunələri, milli mətbəximizin zəngin çeşidləri, şirniyyatlar, səməni kompozisiyaları, eləcə də qədim məişət əşyaları nümayiş etdirilib. Eyni zamanda, qədim el oyunları – kəndirdartma, güləş, papaqatdı, yumurta döyüşdürmə və digər ənənəvi yarışlar təşkil olunub, idmançı gənclərin qüvvə və məharəti tamaşaçılara təqdim edilib. Milli geyimlərdə olan iştirakçıların təqdimatları, folklor nümunələri və canlı səhnələr Novruz ruhunu tam dolğunluğu ilə əks etdirib.

Tədbir konsert proqramı ilə davam etdirilib. Rayonun mədəniyyət və incəsənət kollektivlərinin, eləcə də tanınmış müğənnilərin iştirakı ilə təqdim olunan rəngarəng çıxışlar, milli musiqilər, rəqslər və səhnə nömrələri bayram şənliyini daha da canlandırıb.

Müxbir - Ruslan Novruzoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Mart 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri