Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərov dəfn edilib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovla Tovuzda keçirilən vida mərasimi keçirilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, F.Ələsgərov Ağbaşlar kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi FOTOLAR
16 May 2025 12:34
Birinci Qarabağ müharibəsinin dörd itkin şəhidi dəfn olunacaq
11 Sentyabr 2025 10:30
Birinci Qarabağ müharibəsinin şəhidi Mingəçevirdə torpağa tapşırılıb
27 May 2025 15:42
Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib YENİLƏNİB
07 Fevral 2025 15:08
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyev Kürdəmirdə dəfn edilib
29 Avqust 2025 15:29

