Icma.az
close
up
RU
Tovuzda gənc oğlan anasının qəbrinə söyən tanışını cəzalandırdı TƏFƏRRÜAT

Tovuzda gənc oğlan anasının qəbrinə söyən tanışını cəzalandırdı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuz rayonunda 1995-ci il təvəllüdlü Şahmar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Vüsala (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun Qovlar şəhəri ilə Tovuz rayonu Aşağı Quşçu kəndinin sərhəddində “Qovlar arxı” adlanan su arxının yanında baş verib. 
Şahmar orada aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Vüsalın sifət nahiyəsinə qəsdən yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Şahmarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Tovuz rayonunun Qovlar şəhərində yaşayır, rəsmi olaraq heç bir  yerdə işləmir, 3-cü qrup əlildir: “Zərərçəkmiş Vüsalı tanıyıram və münasibətlərimiz yaxşı olub. Hadisə günü, saat 13 radələrində Vüsal zəng edərək, mənə məxsus iribuynuzlu heyvanların üzüm sahəsinə daxil olmasını və maddi ziyan vurmasını bildirdi. Mən isə cavabımda heyvanların onun  torpaq sahəsinə daxil olmadığını bildirdim. Bu zaman Vüsal mənim mərhum anamın qəbrinə nalayiq ifadə işlətdi. Mən də Vüsalın nalayiq ifadə işlətməsinə  əsəbləşdim və harada olmasını soruşdum. Vüsal isə evdə olmasını söylədi. Vüsaldan yaşadığı evdən bayıra çıxmasını istədim. Vüsal isə evinin yaxınlığında olan su arxının yanında olmasını bildirdi. Mən dostum Tural ilə birlikdə  qeyd olunan əraziyə getdim. Orada Vüsaldan mənə qarşı nə üçün nalayiq ifadə işlətməsini soruşdum. Vüsal isə cavabında heyvanlarımın onun əkin sahəsinə daxil  olmasını və ona maddi ziyan dəydiyini bildirdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Vüsal tək olub: “Mən isə Vüsala heyvanlarımın onun əkin sahəsinə daxil olmadığını söylədim. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Vüsalın sol göz nahiyəsinə yumruq ilə zərbə endirdim. Zərbə nəticəsində Vüsal yerə yıxıldı. Hadisə zamanı yanımızda yalnız Tural olub və hadisə təxminən 1-2 dəqiqə davam etdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalın sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir və sahibkarlıqla məşğul olur: “Tovuz rayonu Aşağı Quşçu kəndində mənə məxsus 1 hektar torpaq sahəsi var və həmin torpaq sahəsində üzüm əkmişəm. Təqsirləndirilən Şahmar xırdabuynuzlu və iribuynuzlu heyvanlarının saxlanılması üçün ferması var. Mən hadisə günü səhər saatlarında torpaq sahəsinə baxış  keçirən zaman Şahmara məxsus iribuynuzlu heyvanların üzüm çilinglərini qırdığını və mənə xeyli miqdarda ziyan vurduğunu gördüm. Şahmara zəng edərək heyvanlarını nə səbəb mənim əkin sahəmdə otardığını soruşdum. Şahmar isə heyvanlarını mənim üzüm sahəmdə otarmadığını bildirdi.
Bu zaman bizim aramızda mübahisə yarandı. Qarşılıqlı şəkildə bir-birimizə nalayiq ifadələr işlətdik”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra onlar saat 13 radələrində əkin sahəsində görüşüblər: “Mən Şahmara dəymiş maddi ziyanı ödəməsini bildirdim. Şahmar  isə ödəməyəcəyini söylədi. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Şahmar sifətimə yumruq ilə vurdu. Mən zərbənin təsirindən yerə yıxıldım. Bundan sonra hadisə yerində olan Tural adlı şəxs bizi araladı. Mən  isə oradan uzaqlaşaraq Tovuz Rayon Polis Şöbəsinin Qovlar Polis Bölməsinə gələrək şikayət ərizəsi yazdım”. 
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şahmarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri