Icma.az
close
up
RU
Tovuzda gözəl gün 4 mərtəbəli, 30 otaqlı baza açıldı

Tovuzda gözəl gün 4 mərtəbəli, 30 otaqlı baza açıldı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi keçirilib.

Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, FİF-in icraçı direktoru Tural Piriyev, “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev və idarə heyətinin üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak edib.
Qeyd edək ki, “Turan Tovuz”un baş sponsoru “Huner Group”un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyulunda atılıb. Binanın ümumi ərazisi 3 min kvadrat metrdən çoxdu. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdi. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burda futbolçuların asudə vaxtını maraqlı keçirmələri üçün stolüstü tenis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb.
Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib. Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan 2 korpuslu akademiya binası bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək.



ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri