Icma.az
close
up
RU
Tovuzda iki ahıl qadını öldürüb evi yandıran gənclərə AĞIR CƏZA

Tovuzda iki ahıl qadını öldürüb evi yandıran gənclərə AĞIR CƏZA

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli cinayətdə təqsirli bilinənlərdən biri qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilib.

Cinayət işində əsas epizod üç il əvvəl Tovuzun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayır. Həmin yanğın nəticəsində evin böyük hissəsi külə dönüb. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu - 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib.

Prokurorluğun keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Elcan Bağırov və 17 yaşlı Q.Quliyev oğurluq məqsədilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib.

Bu əmələ görə, təqsirləndirilən şəxslərə bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, quldurluq və ya hədə-qorxu ilə iki nəfəri öldürmə maddələri ilə ittiham elan edilib. Davam edən araşdırmalar Elcan və Q.Quliyevin başqa cinayətlərini də üzə çıxarıb. Onlar Anar, Samir, Roma, Naməddin və Novruz adlı kənd sakinləri ilə əlbir olaraq əvvəlki vaxtlarda da ətraf rayonlarda və kəndlərdə müxtəlif oğurluq cinayətləri törədiblər. İttihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla da təsdiqini tapıb.

Məhkəmə hazırda 22 və 20 yaşı olan gənclərə heç bir güzəşt tətbiq etməyərək onları ən ağır şəkildə cəzalandırıb.

Hökmə əsasən, Elcan Bağırov ömürlük, Q.Quliyev 10 il müddətinə (yetkinlik yaşına çatmayanlar üçün qanunun icazə verdiyi ən ağır cəza - red.) azadlıqdan məhrum edilib. Oğurluqda təqsirli bilinən digər dəstə üzvlərinə isə 2 ildən 9 il 6 aya qədər həbs cəzası verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Avqust 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Messi MLS dəki növbəti oyunu buraxacaq

10 Avqust 2025 12:54see202

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see179

Antonio Quterreşdən bəyanat: Qafqazda mühüm mərhələ...

09 Avqust 2025 21:41see132

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see129

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see128

Qəzada ölən Aydan yeni məzun olubmuş FOTO

09 Avqust 2025 23:08see126

Ukraynalı general: “Atəşkəsə getmək və növbəti müharibəyə hazırlaşmaq lazımdır”

10 Avqust 2025 13:16see124

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see123

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see121

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see119

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see119

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see118

Azərbaycanın enerji diplomatiyasında yeni istiqamət: Yaxın Şərq bazarı

09 Avqust 2025 23:21see117

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see116

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see115

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see114

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see113

PSJ onunla

09 Avqust 2025 23:07see112

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see112

“Sumqayıt”ın yeni transferinin müqavilə detalları açıqlandı

09 Avqust 2025 23:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri