Tovuzda ögey ata 14 yaşlı qızına toy edib
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib
***
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.
Saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.
Belə ki, övladlarına toy edən hər iki valideyn məclisin keçiriləcəyi şadlıq sarayının sahibini aldadıblar. Onlar restorana başqa sənəd veriblər, yaşı uyğun olan şəxsin kimliyini şadlıq sarayına təqdim ediblər. Toy başlayan zaman qızın 14 yaşı olduğu məlum olub. Dərhal toyun qarşısı alınıb.
Məlumata görə, oğlanla qız arasında 19 yaş fərq olub. Gəlin 2011-ci il təvəllüdlüdür. Bəy isə 1992-ci il təvəllüdlü Firdovsi Abbasovdur.
Hazırda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















