Icma.az
close
up
RU
Tovuzda partlayış olub, xəsarət alanlar var FOTO/YENİLƏNİB

Tovuzda partlayış olub, xəsarət alanlar var FOTO/YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***16:17
Tovuzda partlayış olub.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb.
Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.
Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.




Bizim.Media

seeBaxış sayı:36
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri