Tovuzda qatarın vurduğu şəxs ölüb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuz, 14 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda qatar onun yoluna anidən çıxan şəxsi vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 19:30 radələrində Qovlar-Tovuz sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən insan çıxıb.
Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

