Tovuzda sexdə GÜCLÜ PARTLAYIŞ Xəsarət alanlar var
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.
Sfera.az-ın məlumatına görə, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.

