Icma.az
close
up
RU
Tovuzda turnir təşkil olundu: Turan Tovuz çempion oldu

Tovuzda turnir təşkil olundu: Turan Tovuz çempion oldu

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

Tovuz futbolunun əfsanələrindən olan Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub.

Sportal.az xəbər verir ki, ardıcıl olaraq 1106 dəqiqə qapısını toxunulmaz saxlayan, 21 qolla ən məhsuldar azərbaycanlı qapıçı olan Nizami Sadıqovun yubileyi münasibəti ilə "Turan Tovuz" PFK  turnir təşkil edib.  Turnirdə  “Turan Tovuz”la yanaşı, “Kəpəz”, “Azəri” (Gəncə), “Gəncə”, “Qazax Gənclər” və “Şəmkir”in 2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları iştirak ediblər.

İki gün davam edən turnirdə qrup mərhələsini maksimum nəticə ilə adlayan “Turan Tovuz” və “Kəpəz” finalda qarşılaşıblar. 3-cü yer uğurunda oyunda isə “Gəncə” “Azəri”yə rəqib olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Azəri” bürünc medallara sahib olub. Final oyununda isə “Turan Tovuz” “Kəpəz”i 3:0  hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.

Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. “Ədalətli oyun” mükafatını “Gəncə” komandasının baş məşqçisi İntiqam Səmədova "Turan Tovuz" Futbol Akademiyasının koordinatoru Ülfət Mədətov, turnirin “ən yaxşı hakimi” mükafatını Tural Əliyevə akademiyanın koordinator köməkçisi Elxan Abdıyev, turnirin “ən sərrast futbolçusu” mükafatını “Turan Tovuz”un üzvü Tunar Namazova "Turan Tovuz"un Uşaq Futbolunun İnkişafı üzrə direktoru Eltay Aslanov, turnirin “ən yaxşı qapıçısı” mükafatını  “Turan Tovuz”un futbolçusu Vidadi Kərimliyə Nizami Sadıqov, tunirin “ən yaxşı oyunçusu” mükafatını isə “Kəpəz”in üzvü Hüseyn Əzizova "Turan Tovuz" PFK-nın İH sədrinin müavini Əli Balakişiyev təqdim edib. 

“Azəri”, “Kəpəz” və “Turan Tovuz”un bütün futbolçuları müvafiq medallarla təltif olunduqdan sonra baş mükafat – kubok yubilyar Nizami Sadıqov tərəfindən “Turan Tovuz”un müvafiq yaş qrupu üzrə komandasının kapitanına təqdim edilib.

Sonda veteran futbolçunun yubileyi münasibəti ilə ziyafət təşkil olunub, ona "Turan Tovuz"un 60 nömrəli forması hədiyyə olunub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Noyabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri