Tovuzda velosipeddən yıxılan yeniyetmə ağır xəsarət alıb
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Tovuzda velosipeddən yıxılan 15 yaşlı yeniyetmə oğlan ağır xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlmatına görə, hadisə rayonun Sarıtala kəndində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü A.Kərimli kənd ərazisində velosiped sürərkən idarəetməni itirib və velosipedlə qonşunun dəmir qapısına çırpılıb. Bu zaman velosiped aşıb və A.Kərimli yerə yıxılıb.
Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Yeniyetmənin vəziyyəti ağır olduğundan əməliyyat olunub. Hazırda velosipeddən yıxılan yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən verilən məlumata görə, iyulun 15-də saat 21:00 radələrində 2010-cu il təvəllüdlü Sarıtala kənd sakini (kişi cinsli) ağır kəllə-beyin travması, kəllənin əsas sümüyünün sınığı, alt çənənin ikili sınığı diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub: "Şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsinə davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 İyul 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















