Tovuzda yük maşını elektrik dirəyinə çırpıldı, sürücü öldü
Icma.az, Lent az saytına istinadən bildirir.
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarındakı elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb.
Güclü zərbə nəticəsində avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyitini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.
Meyit müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri və hadisənin hansı şəraitdə baş verdiyi araşdırma nəticəsində müəyyənləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Avqust 2026 06:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















