Icma.az
close
up
RU
Tovuzda zəhərlənmə baş verən məktəbdə yandırılan nədir? Yeni təfərrüatlar

Tovuzda zəhərlənmə baş verən məktəbdə yandırılan nədir? Yeni təfərrüatlar

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Bu gün Tovuz rayonunun Aşagı Quşcu kəndinin 1 nömrəli tam orta məktəbində zəhərlənməyə səbəb olan pelət sobası nədir və neçə müddətdir məktəblərdə işlədilir?

Teleqraf.com-un Qərb bürosunun əldə etdiyi məlumata görə, sözügedən yanacaq növü üç ildən artıqdır istifadə olunur.

Bu yanacaq növünün tərkibi ağac qırıntılarının preslənmiş formasıdır. Məktəb təxminən 50 il öncə inşa edildiyindən istilik sistemi quraşdırılmır. Məktəb son üç ilə qədər odun və dizel yanacaq sobaları ilə isidilib. Hadisə məktəbin iki sinifində baş verib. Tıxanan soba anidən tüstü verməyə başlayıb.

Kənd icra nümayəndəsi Ələsgər Əliyev Teleqraf.com-un Qərb bürosuna bildirib ki, məktəb bir müddətdir bu vasitə ilə isidilir.

"Mənşəyini biz bilmirik. Elm və Təhsil Nazirliyi daha yaxşı bilər. Onu deyim ki, məktəb köhnə olduğundan burada istilik sistemi qurulmayıb. Məndə olan məlumata görə, tüstülənmə siniflərdən başlayıb və qısa zamanda bütün məktəbə yayılıb", - deyə Ə. Əliyev bildirib.

Hadisə yerinə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, prokurorluq nümayəndələri, polis, Tovuz - Qazax Regional Təhsil İdaresinin rəsmiləri gəlib. Elm və Təhsil Nazirliyinin özündən isə rəsmi nümayəndələr indiyədək gəlməyib. Məktəb iki növbəlidir və 351 şagird təhsil alır. Hadisədən sonra ikinci növbə üçün tədris təxirə salınıb. Buna səbəb hadisədən sonra məktəbdə iyin olması və ehtiyyat tədbirləridir.

Tovuz-Qazax Regional Təhsil İdarəsindən isə Teleqraf.com a bildirilib ki, istifadə olunan soba ekaloji cəhətdən təhlükəsiz hesab olunur.

Qeyd edək ki, zəhərlənənlərin sayı 71 nəfərə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 19 Dekabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri