Icma.az
close
up
RU
Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin bəzilərinin FOTOLARI

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərin bəzilərinin FOTOLARI

Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərdən bəzilərinin fotoları yayılıb.

Oxu.Az həmin fotoları təqdim edir:

Baş gizir Ruslan Əhliman oğlu Qurbanov

Çavuş Bəhlul Aydın oğlu Əliyev

Çavuş Qələndər Mail oğlu Əhmədov

Qeyd edək ki, dünən axşam saatlarında Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Ölənlərdən beşi hərbçidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza nəticəsində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları: baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.

Qəzada ölən digər şəxs "Mercedes" markalı avtomobildə olan E.Həsənovdur. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Samir İsayev

seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri