Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tovuz, 9 iyun, AZƏRTAC
Tovuz rayonunun Cəlilli kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd olunub ki, hazırda əksər bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı ilə bağlı böyük layihələr icra olunur. Belə layihələr bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan ailələrin dayanıqlı və keyfiyyətli içməli, o cümlədən suvarma suyu ilə təmin olunmasıdır.
Tovuz rayonunun Cəlilli kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə yeni su xətləri inşa olunub və kəndin müxtəlif nöqtələrində layihəyə uyğun olaraq ictimai bulaqlar quraşdırılıb. Bu məqsədlə ümumilikdə 8 kilometr uzunluğunda su xətləri inşa edilib və 27 ictimai bulaq quraşdırılıb. Ümumilikdə Cəlilli kəndinin əhalisi 2275 nəfərdir. Yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 180 kubmetr su tələbatının tam ödənilməsi mümkün olacaq.
Qeyd edək ki, Tovuz şəhərinin mövcud su təchizatı sistemi Zəyəmçay çayının məcrasında yerləşən üfüqi suqəbuledici qurğu və Tovuzçay su anbarı ərazisində yerləşən 6 subartezian quyusu vasitəsilə təmin olunur. Şəhərin ümumi abonent sayı 6982-dir. Ümumi su şəbəkəsinin uzunluğu 186, magistral su kəmərinin uzunluğu 39, kanalizasiya şəbəkəsinin uzunluğu isə 137 kilometr təşkil edir.
Müxbir - Ruslan Novruzoğlu
Baxış sayı:108
Bu xəbər 09 İyun 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















