Icma.az
close
up
RU
Toxumluq sahələrin aprobasiyasına başlanılıb

Toxumluq sahələrin aprobasiyasına başlanılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyət daşıyan sahələrindən biri olan toxumçuluğun inkişafı daim diqqət mərkəzində saxlanılır. Məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyanı təsdiqlənmiş toxumçuluq təsərrüfatlarının toxumluq əkin sahələrində aprobasiya prosesinə start verilib. Aprobasiya öncəsi hazırlıq mərhələsinin yekunlaşması ilə əlaqədar AXA-nın rəhbərliyi tərəfindən fermerlər və aprobatorlarla görüş keçirilib. Görüş zamanı aprobasiya prosesində şəffaflığın, operativliyin və keyfiyyət göstəricilərinin tam təmin olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. Bildirilib ki, cari ildən etibarən toxumçuluq sahəsində innovativ yanaşmalar tətbiq edilərək aprobasiya nəticələrinin sənədləşdirilməsi elektron qaydada həyata keçiriləcək.

Eyni zamanda, respublika üzrə fəaliyyət göstərən aprobatorların nəzəri biliklərinin artırılması və sahə işləri zamanı təhlükəsizlik qaydalarına düzgün əməl olunmasının təmin edilməsi məqsədilə təlimlər təşkil olunub. Təlimlər çərçivəsində “Aprobasiya prosesi zamanı texniki təhlükəsizlik qaydaları”, “Taxıl bitkilərinin xəstəlik və zərərvericiləri”, “Taxıl bitkilərinin əsas diaqnostik əlamətləri və aprobasiyanın aparılma qaydaları” mövzularında iştirakçılara ətraflı məlumat verilib. Təlimlər zamanı sahə işlərinin təhlükəsiz və effektiv təşkili prinsipləri də izah olunub.

Hazırda toxumluq arpa əkini sahələrinin aprobasiyası həyata keçirilir. Ümumilikdə isə cari ildə 47,3 min hektar toxumluq taxıl əkini sahəsində aprobasiya aparılması nəzərdə tutulur. Həmin sahələrin 13,6 min hektarını arpa, 33,7 min hektarını isə buğda əkinləri təşkil edir.

Qeyd edək ki, tarla aprobasiyasının əsas məqsədi toxumların sort və səpin keyfiyyətlərinin dövlət standartlarına uyğunluğunu müəyyənləşdirmək, eləcə də fermerlərin keyfiyyətli toxumla təminatına nail olmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri