Icma.az
close
up
RU
Toxunanda da sonradan o hissləri çıxarıram

Toxunanda da sonradan o hissləri çıxarıram

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Atamı sonuncu dəfə 2016-cı ildə Amerikaya gedəndə görmüşəm. Sonra anam gəlib mənə baş çəkdi, amma atam gəlmədi. Atam telefonla danışmağı sevən adam da deyil. Orada olduğum müddətdə bir neçə dəfə telefonda danışmışdıq. Əsasən də son bir ildə onun səhhətində problem yarananda çalışırdım ki, daha çox kontaktda olum. Amma elə oldu ki, mən sənəd gözləyirdim. 2022-ci ilin aprel ayında Bakıya gəlməli idim. Apreldə gəlsəydim, atamla görüşə biləcəkdim. Amma sənəddə bir gecikmə oldu. Vəkil sənədlə bağlı müraciət edəndə rəqəmlərdə səhvə yol vermişdi. Deyəsən, bu rəqəm doğum tarixi ilə bağlı idi. Dəqiq xatırlamıram. Belə olan halda problem çıxdı”.

Bu sözləri keçmiş “HOST” qrupunun üzvü, AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı qonaq olduğu junalist Pərviz Hüseynin aparıcısı olduğu “Pərvizə görə” verilişində deyib.

Sənətçi atası tanınmış jurnalist Araz Zeynalovla münasibətlərindən eləcə də onun xəstəliyindən söz açıb:

“Atamın səhhətinin pisləşdiyi bir vaxtda deyildi ki, sizin sənədlər hazır olmaq üzrədir. Bir il “bu gün, sabah” fikri ilə keçdi. Elə oldu ki, atam rəhmətə gedən gününün səhəri mənim sənədim gəldi. Tam olaraq sənədim ertəsi gün gəldi. Bu mənim üçün çox qəribədir. Beş gün, bir həftə sonra da o sənəd gələ bilərdi. Anladım ki, gəlməyimin artıq bir anlamı yoxdur. Çünki Amerikadan Bakıya gəlmək xüsusi hazırlıq tələb edir. Ailəmlə də məsləhətləşdim. Atamın ölümünün 40-cı günü gəlməyimin daha məqsədəuyğun olduğunu qərarlaşdırdım. Həm də uzun müddət qala biləcəkdim. Məni daha çox üzən və peşman olduğum atam xəstə ikən yanında olmamağım idi. Amerikada yaşadıqlarım, qazandıqlarım, yaradıcılığıma bu möhtəşəm təsiri doğma olan 3-4 insandan birinin xəstələndiyi dönəmdə yanında olmamağıma dəyərdi mi? Bu fikirlər məni rahat buraxmır. Bir çox mahnılarımda bu mövzuya toxunmuşam. Toxunanda da sonradan o hissləri çıxarıram. Anlayıram ki, bu insanları yora bilər. Amma yazıram, içimdən çıxarıram… Bu mahnıları paylaşmıram. “İllər sonra” səhnədə oxuyanda, məşqin özündə belə görürəm ki, çox təsirlənirəm və mənim üçün çox çətin olur. Düşünürəm ki, bu möhtəşəm mahnıdır,  mənə uğur gətirir amma kaş ki, yazmazdım, yəni bu mahnını yazmağa bir səbəb olmazdı”.

Orxan “Əgər bu sənəd tez hazır olsaydı, atanıza gəlib nə demək istəyərdiniz?” sualına belə münasibət bildirib:

“Mən çox danışan insan deyiləm. İstərdim ki, ona çətin vaxtında kömək olum. Hansı ki, ona o köməyi başqa insanlar edirdi. Sadəcə həmin köməyi istərdim ki, mən edim. Xüsusi deyəcəyəm sözlərim yoxdur. Atamla ümumiyyətlə çox danışmamışıq. Azərbaycanda yaşayanda da çox danışmamışıq. Problemimiz yox idi. O da, mən də soyuq idik. Bizdə bu elə əvvəldən belə olub”.

“Atanız Araz Zeynalov tanınmış jurnalist idi. Amma biz bu həqiqəti çox gec öyrəndik. Bu məlumat niyə gec üzə çıxdı? Siz yoxsa atanız bu haqda danışmaq istəmirdi?” sualına reperin cavabı belə olub:

“Atam bizim yaşıdlarımızın tanıyacağı insan deyil. O 1990-ci illərin jurnalisti olub. O zamanlar atam sosial, iqtisadi sahələr üzrə önəmli bir qəzetdə redaktor vəzifəsində çalışırdı. Onun 40 yaşı tamam olmamış hansısa bir nüfuza çatmışdı. Onun səhhətində problemlər yarandı, mediada bu haqda yazıldı, insanlar onun haqqında yaxşı şeylər yazırdılar. Çox insanlara dəstək olub. Bəlli təbəqədən nə qədər çox hörmətə sahib olduğunu gördü və ondan sonra dünyasını dəyişdi. Atamın bəlli 90-lar kimi məhəllə psixologiyası var idi. Onun üçün o hörmət faktoru, bütün maşın və qazanclardan çox önəmli idi”.

“Atanızın sizin səhnə fəaliyyətinizə fikirləri necə idi?” sualına isə belə cavab verib:

“Bu haqda heç zaman bilə bilməyəcəyik. Çünki atam heç zaman bu haqda mənə heç nə deməyib. Arada o biri otaqdan eşidirdim ki, atam “Mavi qızılgüllər” trekimi çox xoşlayır. Amma şəxsən özümə bununla bağlı heç zaman heç nə deməmişdi. Telefonda son yazışmalarımızda bir səs atmışdı mənə. O məndən bir mahnımı soruşmuşdu. Başa düşmüşdüm ki, o “Məni xatırla” mahnısını deyir. Bu mahnı haqda onun dostu deyib ki, oğlunun bir mahnısı var. O da mənə bunu bildirmədən qürurlanırdı. Mən də artıq başa düşməli idim ki, bu mahnı yaxşı mahnıdır, onu bəyənir. Bu isə çox limitli emosiya bölüşməsi idi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri