Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılırmı?
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən toy baş tutmadığı təqdirdə nişan zamanı tərəflərə verilmiş qızıl-zinət əşyaları geri qaytarılmalıdır❗️
Məhkəmənin əsaslandırmasına əsasən qızıl-zinət əşyalarının geri qaytarılmaması isə ƏSASSIZ VARLANMA kimi qiymətləndirilmişdir.
AR Mülki Məcəlləsinin 1091-1092-ci maddələrinin tələblərinə əsasən ƏSASSIZ VARLANAN o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.
Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır!
Bu mövzuda digər xəbərlər:Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır?
23 Noyabr 2024 19:13
Baxış sayı:109
Bu xəbər 29 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















