Icma.az
close
up
RU
Toy edəndə elə sevinirlər, guya heç boşanmayacaqlar

Toy edəndə elə sevinirlər, guya heç boşanmayacaqlar

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

2025-ci ilin yekunları ilə bağlı insanlar ya özlərinə, ya da rəhbərlərinə hesabat verirlər.

Bütün hallarda hesabat vermək əla bir şeydir. Göstəriciləri gözünlə görəndə nəticə çıxarmaq da asan olur.

Nə hikmətdirsə, dünyada elmi-texniki tərəqqi, davranış səviyyəsi, qayda-qanun inkişaf etdikcə, cəmiyyətimiz sanki paralel olaraq geriləyir. Qəribəsi də odur ki, hamı üzdə bu kimi addımları pisləyir, qınayır. Lakin gözdən-könüldən uzaq düşən kimi hamıdan çox qaydaları pozur.

Təsəvvür edin ki, müasir günümüzdə toy kortejlərində əməlli başlı avtoxuliqanlıq edən sürücülər var. Hələ bunun görüntülərini çəkib sosial şəbəkələrdə paylaşaraq özləri ilə qürur duyurlar.

Hadisəyə məntiqlə baxsaq görərik ki, bu qədər "sevinməyə" heç bir səbəb yoxdur.

Sadəcə iki nəfər evlənir və toy edir. Bütün ailə quran cütlüklərə xoşbəxtlik arzulayaraq məlum statistikaya nəzər yetirəndə görürük ki, əksəriyyətinin evlilik müddəti o qədər də uzun sürmür. Eynilə toy kortejlərində avtoxuliqanlıq edib qəza edənlər kimi.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanvar-iyun aylarında 577 yol-nəqliyyat hadisəsinin baş verməsi, 812 nəfərin zərər çəkməsi barəsində məlumat verir. Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb. Yaralanan kimi qeydiyyata düşənlərin bəziləri isə sonradan həyatını itirib. İlin tam yekunu açıqlansa, bu rəqəmlərin daha da artacağı məlumdur.

Mən hər cür qəzanın baş verməsini anlayıram. Yol sürüşkən oldu, əyləc tutmadı, qaranlıq tindən piyada çıxdı və s. Amma durduq yerdə toy kortejində gedərkən avtoxuliqanlıq edənləri anlamıram. Sürət həddini aşmaq, ötüşmələr, qəfil və təhlükəli manevrlər etmək hansı məntiqdən irəli gəlir?

Yollarda bu qədər müşahidə kameraları, radarlar, yol polisləri olduğu halda elə insanların nəyə güvəndiyi hələ də qaranlıq qalır.

Tutalım həmin an kameralar işləmədi, yolda polis olmadı, cərimə gəlmədi, bəs qəza baş versə, kimlərsə xəsarət alsa, kimlərsə həyatını itirsə, toy yasa çevrilsə kim nə cavab verəcək? Bunlar necə silinəcək, həyatın radarından? Bir insanın ölümünə bilərəkdən səbəb olmaq necə də asan gəlir bu insanlara... Bu davranışın arxasında məsuliyyətsizlik, cəzasızlıq hissi və laqeydlik dayanır. Əgər bunlar "əqli gerilikdən" əziyyət çəkirlərsə, sükan arxasına necə otururlar? Yaxınları (ətrafı demirəm) bunlar üçün narahat olmurlar?

Belə baxanda toy korteji cəmiyyətimizin kiçildilmiş modelidir. Göstəriş, siqnallar, bər-bəzək, gül-çiçək, videoçəkiliş, musiqi, yekəxanalıq edən sürücülər və bəlkə də (faizi deyə bilmərəm) öz toyunda heç sevinməyən cütlüklər. Bəzən düşünürəm ki, çox xoşbəxt olanların heç təmtərağa ehtiyacı da yoxdur. Onların sevgisi yüzlərlə bərq vuran, siqnal verən avtomobillərdən ibarət toy kortejindən daha parlaq olur. Sevincləri üçünsə aramsız siqnallara ehtiyac yaranmır. Birgə, yeni həyata güvənli addımlar atırlar, sakitcə.

Bu sadaladığım bəlkə də, məcburi evlənənlərin kədərini, bədbəxtliyini gizlətməyə cəhd edən atəşfəşanlıqdır. Teatr, alqış, pafos, qəza...

Şəxsən mənim üçün yolda toy korteji sevinci, toy-büsatı deyil, çox zaman təhlükəni tərənnüm edir. Ürəyimdə "Ay Allah, qəzasız-bəlasız getsinlər" deyib, həmin hərəkət zolağından qaçmaq istəyirəm. Baxmayaraq ki, hamımız eyni xalqın nümayəndəsiyik, eyni dildə danışırıq , amma eyni yolu getmirik. Təəssüf ki, başqa yolda olanları qayda-qanunlu, düz, təmiz, təhlükəsiz yola çəkə də bilmirik.

View this post on Instagram

Hər nə qədər cərimələr, cəzalar artsa da, nəticə yenə də ölüm-itimdir.

2025-ci ilin son günlərində daha bir sınağımız var. Bayram günlərində alkoqoldan geninə-boluna istifadə edib sükan arxasına oturanlar... Özü də bilmirsən ki, hansı yolda, hansı küçədə qabağına çıxacaqlar. Özləri bir yana, nə qədər insanın taleyi ilə oynayacaqlar.

Yeni ilə qəzasız-bəlasız çıxmağı niyyət edirəm. Sükan arxasına oturan hər bir kəs məsuliyyətini dərk etsin. Harada, hansı yolda olmasından asılı olmadan. Mühərriki işə salmamışdan əvvəl, vicdanını işə salsın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri