Icma.az
close
up
RU
Toy etmək istəyənlərə qadağa Detallar üzə çıxdı

Toy etmək istəyənlərə qadağa Detallar üzə çıxdı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda toyların beynəlxalq standartlara uyğunlaşdırılması təklif edilib. Belə ki, deputat Razi Nurullayev belə məclislərdə israfçılığın və həddindən artıq səs-küyün ciddi sosial və sağlamlıq probleminə çevrildiyini deyib. Onun çıxışı toy mədəniyyətində köklü dəyişikliklərin mümkünlüyü ilə bağlı müzakirələrə səbəb olub.

Bu təşəbbüs yaxın vaxtlarda toylarla bağlı qadağaların tətbiqinə yol aça bilərmi?

Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, ölkəmizdə toy sadəcə bir məclis yox, həm də sosial status və güc nümayişi meydanı kimi görülür:

“İnsanlar “Kim daha yaxşı stol açdı”, “Kimin toyun daha fərqli keçdi” kimi cümlələrlə yarışır. Düşünürəm ki, israf və ifrata getməyimizin səbəbi də məhz budur. Etiraf edək ki, bu, toyun yox, sosial status savaşının nəticəsidir. Həmçinin xına, yas tipli məclislərdə də vəziyyət belədir. Niyə bu yarışma özünü daha çox toylarda hiss etdirir? Fikrimcə, səbəb toyların ölkəmizdə böyük bir biznesə çevrilməsi və şadlıq saraylarının bu sistemi maksimum istismar etməsi ilə əlaqəlidir”.

Yusif Nəbiyev

Sosioloq bildirib ki, restoranlara müəyyən qadağalar tətbiq edilməlidir:

“Şadlıq saraylarına tapşırıq verilsə ki, məclis sahiblərinə menyu, musiqi, çalğıçı kimi məsələlərdə öz şərtlərini diqtə etməsin, bu status savaşı da kifayət qədər zəifləyəcək. Düzdür, tam aradan qalxmayacaq, amma bu həddə də olmayacaq. Dövlət bu istiqamətdə qərar verərsə, tədricən hər şey öz qaydasına düşəcək”.

Yusif Nəbiyev qeyd edib ki, daha sadə, kiçik toy məclislərinin sayı çoxaldıqca vəziyyət dəyişəcək:

“İnsanlar görəcək ki, sadə toy zəiflik, kasıblıq, zövqsüzlük demək deyil. Yəni hansısa qadağalara ehtiyac belə yoxdur. Bu sahədə özbaşınalıqla bağlı mübarizə üçün aidiyyəti orqanların qaynar xətləri olsa, oraya şikayət edildiyi halda restoran və şadlıq sarayları ciddi cəzalandırılsa, məsələ qısa zamanda həllini tapacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri