Icma.az
close
up
RU
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən… KONKRET

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramazan ayından sonra bəzi restoranların toy qiymətlərini bahalaşdırması narazılıq yaradıb. Maraqlıdır ki, hər mövsüm başlayanda oxşar problem müşahidə olunur. Pandemiyanın ardınca proses daha da sürətlənib. Halbuki həmin dövrdə toylarla bağlı formatın dəyişəcəyi, bununla da qiymətlərin əlçatan olacağı düşünülürdü.

Bahalaşmanı tətikləyən ciddi iqtisadi tələb varmı? Yoxsa qiymət artımı hansısa qrupların özfəaliyyətidir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri, restoran sahibi Mürvət Həsənlinin fikrincə, Ramazandan sonra restoranlarda qiymət artımı çox hiss olunmur:

Mürvət Həsənli

“Ümumiyyətlə, bazarda qiymətlər eynidir. Lakin bəzi restoranların bu istiqamətdə fəaliyyəti nəzərə çarpa bilər. Toy mövsümlərində – adətən, yay  və payız aylarında sıxlıq olur və qiymətlər artır. Bu da təlabatla əlaqəlidir”.

Müstəqil ekspert Əlabbas Məhərrəmov deyib ki, Azərbaycanda 200-400 manat aralığında menyusu olan şadlıq evləri barmaqla sayılacaq qədərdir:

“Qiymət artımlarını bütün restoranlara şamil etmək olmaz. Bilirsiniz, toyu hər kəs öz imkanına görə təşkil edir. Bahalı şadlıq evində toy edən insanlar arasında sorğu keçirilməyib. Həmin yerlərdə qara kürünün, balığın, ətin, suyun, sokun ən bahalısı verilir. 200 manat isə yalnız yeməyin pulu deyil. Bu qiymətə xidmət haqqı da daxildir. Vətəndaşın əyləşdiyi oturacaqdan tutmuş, çəngələ, masaya sərilən süfrəyə qədər hamısı hesablanır”.

Əlabbas Məhərrəmov

Ekspert bildirib ki, pandemiyadan sonra toylar azalıb, nəinki artıb:

“Pandemiyadan öncə 500-600 nəfərlik toylar olurdusa, indi nadir hallarda belədir. Yay aylarında Məhərrəmlik ayı başlayacaq. Əksəriyyət mayda toy etmir. Ona görə aprel və iyunda sıxlıq müşahidə ediləcək. Təbii ki, işbazlar bundan istifadə edərək qiymətlərdə dəyişiklik edirlər. Azərbaycanda menyusu 30-35 manat civarında olan restoranlar da var. Əlbəttə, bu, 200 manatlıq xidmətdən fərqlidir. Ümumilikdə isə biznes maraqları hər zaman mövcuddur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri