Toy kortejində iki təkər qaldıran azərbaycanlıya cinayət işi açıldı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Saratov şəhərində avtoxuliqanlıq edən azərbaycanlıya cinayət işi açılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şexurdina küçəsində günorta saatlarında baş verib. 27 yaşlı kişi üzərində Azərbaycan Respublikasının bayraqları quraşdırılan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toy kortejinin tərkibində hərəkət edərkən, xuliqanlıq niyyəti ilə digər yol hərəkəti iştirakçılarının nəqliyyat vasitələrindən təhlükəsiz istifadə etməsinə təhlükə yaradan hərəkətlər edib.
O, avtomobili “iki təkər” qaldırıb, qarşı hərəkət zolağına çıxıb və orada hərəkət edən digər avtomobillərin yoluna çıxıb.
Faktla bağlı Cinayət işi açılıb. Hazırda iş məhkəməyə göndərilib.
Baxış sayı:27
Bu xəbər 01 Noyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















