Toya bu qədər pul yazdırmaq lazımdır: DƏQİQ HESABLAMA
Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Toy xərclərinin normadan çox olmasının əsas səbəbi insanların göstəriş, şöhrətpərəstlik və “qonşudan geri qalmayım” prinsipi ilə hərəkət etməsidir. Başlanğıc belə olduqda, sonradan yaranan maddi çatışmazlıqlar boşanmalara gətirib çıxarır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib. Onun sözlərinə görə, toyun orta xərci məkanın yerindən, menyunun qiymətindən və dəvət olunan qonaqların sayından asılı olaraq dəyişir:
“Təkcə restorana ödənilən məbləğ minimum 12-15 min manatdan başlayır. Digər xərcləri də nəzərə alsaq, ümumi məbləğ minimum 25-30 min manat arasında dəyişir. Sezar pizza
Əsas xərclər restoran, qızıl, gəlinlik, eləcə də tanışlıq, “hə”, nişan və xına kimi mərasimlərə gedir. Toy üçün borclanmağı düzgün addım hesab etmirəm. Yetkin hər bir şəxs və onun valideyni bilir ki, bir gün xeyir iş olacaq, yəni hazırlıq öncədən görülməlidir. Sonradan borc bataqlığına düşmək ailədaxili problemlərə yol açır.
Tək gəlir qaynağı əməkhaqqı olan şəxslər üçün bu borclar ailənin maliyyə yükünü artırır və vəziyyəti daha da çətinləşdirir. Toy xərclərinin artmasında şöhrətpərəstlik faktorundan başqa, digər “gözəgörünməyən” xərclər də var”.
İqtisadçı qeyd edib ki, Azərbaycan cəmiyyətində orta və xüsusilə yaşlı nəslin bu mövzuda düşüncəsi dəyişməlidir:
“Çünki illər keçdikcə inflyasiya sürətlənir, əməkhaqqı və xərclər dəyişir. Məsələn, bir şəxs 20 il əvvəl kiminsə övladının toyuna gedib. O vaxt 1 nəfərlik menyunun qiyməti 10 manat, həmin şəxsin toya saldığı məbləğ isə 50 manat olub.
İndi həmin şəxs övladına toy edəndə, qarşı tərəf “dəftərə” baxır ki, vaxtilə ona 50 manat yazılıb və eynilə 50 manat gətirib yazdırır. Cəmiyyətdə bu təfəkkürdə olan insanların sayı çox olduğu üçün toy sahibi xərcləri öz cibindən ödəməli olur.
Əslində isə necə olmalıdır? Həmin dövrdə menyu 10 manat, yazılan məbləğ 50 manat idisə (50:10=5), deməli, menyu qiymətindən 5 dəfə artıq nisbət saxlanılıb.
Bu gün minimum menyu qiyməti 40 manatdırsa, bir nəfərin yazdırdığı məbləğ 200 manat (40*5=200) olmalıdır.
Bundan başqa, qonaq sayının azaldılaraq yalnız ən yaxınların dəvət olunması, tanışlıq, “hə”, nişan və xına kimi mərasimlərin ev şəraitində keçirilməsi, eləcə də bu proseslərin bir dəfəyə icra olunması xərclərə ciddi qənaət etməyə imkan verər”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 14 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















