Icma.az
close
up
RU
Toya hazırlaşdığı sevgilisini dostu ilə bir evdə tutub qətlə yetirdi TƏFƏRRÜAT

Toya hazırlaşdığı sevgilisini dostu ilə bir evdə tutub qətlə yetirdi TƏFƏRRÜAT

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oğlan dostu ilə ona xəyanət edən sevgilisini qətlə yetirdi. Akif (şərti ad) hər zaman olduğu kimi, bu gün də sevgilisi Validəni (şərti ad) işə ötürürdü. Validə onun dostu, güvəndiyi Həmidin (şərti ad) yanında işləyirdi.

Amma Akif bilmirdi ki, dostu Həmid Validənin sevgilisidir. Akif Validəni dostuna etibar etdikdən sonra birbaşa iş yerinə yollanır. İcarəyə götürdüyü telefon dükanında onların təmiri və satışı ilə məşğul olaraq həmişəki kimi pul qazanmağa çalışır. Həmin gün işdən tez çıxan Validə ilə Həmid sağollaşır, Akif isə kafenin çölündə Validəni gözləyir.

Onlar şəhər mərkəzinə yollanırlar. Akif qəflətən Validənin əlindən tutaraq onu nikah mərasimlərinin keçirildiyi Səadət Sarayına gətirir, artıq məsələni rəsmiləşdirmək istədiyini deyir. Validə vəziyyəti ötüşdürür, bir az vaxt istədiyini söyləyir. Günün sonunda Akif, Validə və Həmid kafelərin birində nahar edirlər. Akif telefonuna gələn zəngə cavab vermək üçün onlardan uzaqlaşır.

Validə Akifin otaqda olmamasından istifadə edərək Həmidə deyir: "Ya biz münasibətimizi sonlandırmalıyıq, ya da o, hər şeyi biləcək. Çünki bu gün mənə münasibətimizi rəsmiləşdirməyi təklif etdi".

Beləliklə, növbəti gün Həmid təkid edir ki, Validə birbaşa Akifə zəng edib ondan ayrılmaq istədiyini desin. Validə belə də edir. Akif parkda onu gözləyir. Bir az sonra Validə soyuq baxışlarla ona yaxınlaşır, "biz ayrılmalıyıq, daha səni sevmirəm" deyərək oradan uzaqlaşır. Akifin beyninə ağlasığmaz fikirlər gəlir, Həmid və Validə ilə üzləşmək üçün sevgilisinin yaşadığı ünvana yollanır.

Akif barışmaq ümidi ilə Validənin mənzilinə gəlsə də, gördüyü mənzərə ürəyini açmır. Həmid və Validəni gördükdə dostuna hücum edərək ona zərbələr endirməyə başlayır. Validədən niyə belə etdiyini soruşanda "əcəb etdim" cavabını alır.

Bundan sonra cibindən çıxardığı bıçaqla ona zərbələr endirir. Validə hadisə yerində dünyasını dəyişir, Akif oradan qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa cəlb edilir.

Ətraflı Baku TV-nin süjetində:

Toya hazırlaşdığı sevgilisini dostu ilə bir evdə tutub qətlə yetirdi - TƏFƏRRÜAT

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Aprel 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri