Icma.az
close
up
RU
Toya milyon xərclədilər, 2 min manatlıq “iPhone”u bölə bilmədilər Bakıda QEYRİADİ BOŞANMA KONKRET

Toya milyon xərclədilər, 2 min manatlıq “iPhone”u bölə bilmədilər Bakıda QEYRİADİ BOŞANMA KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıdakı məşhur “Buta Palace” sarayında toyu olmuş bəy-gəlin boşanıb.

KONKRET.az xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların “Buta Palace”dakı toyu ötən ay olmuşdu.

İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub.

Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir.

Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin “Buta Palace”dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi.

“Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan “iPhone” telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu “Buta Palace”da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım”, – deyə İ.Əlili boşanma hadisəsi haqda deyib.

Lakin vakil boşanan cütlüyün ad-soyadlarını açıqlamayıb.

O, qısa müddətdə boşanma ilə nəticələnmiş dəbdəbəli toy mərasimində kimin qazancla çıxdığına da toxunub. Vəkilin sözlərinə görə, bu hadisədə qazanan tərəf həmin toyun baş tutduğu “Buta Palace” sarayı, orada çıxış edən müğənni Röya, “Natiq” Ritm qrupu, toy mərasiminin keçirildiyi zalı bəzmiş dekorasiya şirkəti, gəlini bəzəyən stilist Anar Ağakiyev olub:

“Bir azca da mən və qalstuku aldığım geyim dükanının qazancı oldu”, – vəkil əlavə edib.

İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi “iPhone” telefonunun kimdə qaldığına da aydınlıq gətirib:

“Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf – yəni, arvad oldu. “iPhone” cihazı bizdə qaldı”.

Dövlət Statistika Komitəsinin məlumatları Azərbaycanda boşanmaların sürətlə artdığını deməyə sas verir. Rəsmi statistika görə, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb./sferaaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see229

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see207

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see185

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see170

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see133

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see123

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see122

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri