Icma.az
close
up
RU
Toya uşaq gətirməyin DEPUTAT

Toya uşaq gətirməyin DEPUTAT

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Artıq bir çox toy dəvətnamələrində yeni bir tendensiya görünür: cütlüklər qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş edirlər. Səbəb kimi isə balacaların məclisdə "əl-ayağa dolaşa bilməsi" göstərilir.

Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı fikirlərini Ölkə.az-la bölüşüb.

Deputat hesab edir ki, bizi narahat edən məsələ bu olmalı deyil:

"Bizi narahat edən o olmalıdır ki, artıq Azərbaycanda toy ənənəsi dəyişir. Toylarda musiqinin səsindən, bayağı musiqilərdən oturmaq olmur. Artıq son dövrlər kişilərimiz qadın kimi, qadınlarımız kişi kimi oynamağa başlayıblar. Toylarda israf daha çoxdur. Mən düşünürəm ki, biz bu məsələlərin üzərində durmalıyıq.

Qaldı ki, uşaqların toya gətirilib-gətirilməməsinə, toyda hər şəxsə görə pul ödənilir, yəni adambaşı hesablama aparılır. Son vaxtlar da şadlıq evlərinin qiymətlərində çox ciddi artım var və ona görə də belə bir istəyin olması təbiidir".

"Birincisi, insanlar özləri çalışmalıdırlar ki, toya uşaqları ilə getməsinlər. Xüsusilə də yaşı az olan uşaqla. Yəni bunu insanlar özləri anlamalıdırlar. İkincisi isə - əgər bunu insan anlamırsa, toy sahibi məcburdur ki, bunu toya gələn qonağa bildirsin. Çünki siz toya dörd-beş nəfər gedəndə, uşaqlar da oturanda, təbii ki, hər kəsin imkanı olmur toya böyük məbləğdə pul yazdırmağa. Ona görə burada mən hesab edirəm ki, toy sahiblərini başa düşmək lazımdır. Kənd toyları bir az fərqlidir, amma şəhər toylarında bu mütləq nəzərə alınmalıdır", - deyə C.Məmmədov sonda qeyd edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Noyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri