Icma.az
close
up
RU
Toyda bəylə gəlini “Marselyoz” ilə yola salırdılar, məlum oldu ki, missionerlərdir

Toyda bəylə gəlini “Marselyoz” ilə yola salırdılar, məlum oldu ki, missionerlərdir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Toy mərasimlərində ənənəvi Vağzalı musiqisinin əvvəlki qədər səsləndirilməməsi diqqət çəkir və bu, cəmiyyətdə müəyyən müzakirələrə səbəb olur. Əsas sual isə ondan ibarətdir ki, bu dəyişiklik hansı amillərlə bağlıdır və ümumilikdə milli-mədəni dəyərlərin transformasiyası kimi qiymətləndirilə bilərmi.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, toy adətlərində müşahidə etdiyimiz müəyyən bayağı elementlər və yad təsirlərlə yanaşı, müsbət tendensiya da mövcuddur. 
"Bu, illərlə qorunub saxlanılan xalq mahnıları və adət-ənənələrimizlə bağlıdır. Onlardan ən mühümlərindən biri toyun sonunda “Vağzalı”nın səsləndirilməsidir. Bu musiqi Azərbaycan toylarının ən önəmli və özünəməxsus dəyərlərindən birini ifadə edir. Təəssüf ki, bu gün bəzi toylarda, xüsusilə də kənd və regionlarda deyil, məhz Bakı şəhərindəki bəzi dəbdəbəli şadlıq evlərində “Vağzalı” səsləndirilmir. Bu hal, əlbəttə ki, müsbət qiymətləndirilə bilməz. Vaxtilə bəzi xarici təşkilatlar Azərbaycanda imkansız ailələr üçün toy mərasimləri təşkil edirdi və həmin mərasimlərin sonunda cütlükləri “Marselyoz” musiqisi ilə yola salırdılar. Sonradan məlum oldu ki, bu təşkilatlar təkcə adət-ənənələrin unudulmasına deyil, eyni zamanda müəyyən missioner fəaliyyətlərə də xidmət edirdilər. Sevindirici haldır ki, sonradan bu kimi təşkilatların fəaliyyəti ölkəmizdə qadağan edildi. Hətta qeyd etmək lazımdır ki, bu təşkilatların fəaliyyəti bəzi Avropa ölkələrində belə məhdudlaşdırılmışdı, lakin müstəqilliyin ilk illərində ölkəmizdəki tolerant mühitdən istifadə edərək fəaliyyət göstərirdilər".
Sosioloq bildirib ki, hazırda isə “Vağzalı”nın toy mərasimlərində səsləndirilməməsi kimi mənfi tendensiya cəmiyyətin daxilində, mikro səviyyədə formalaşmağa başlayıb. 
"Bu vəziyyətə təsir edən amillər arasında sosial medianın təsiri, bayağı musiqilərin yayılması və müəyyən həyat tərzi seçimləri dayanır. Bəzi gənclər öz toylarının ssenarisini müstəqil şəkildə qurur və bu ənənəvi musiqinin proqramda yer almasını istəmirlər. Halbuki belə məsələlər yalnız bəy və gəlinin seçimi ilə məhdudlaşmamalıdır. Valideynlərin də bu prosesdə rolu olmalıdır. Eyni zamanda bu ənənələrin müəyyən dərəcədə institutlaşması vacibdir. Necə ki, şadlıq evləri menyu ilə bağlı müəyyən standartlar təklif edir, eyni şəkildə milli musiqi və adətlərin, toyun əvvəlində, ortasında və sonunda səsləndirilməsi də bir qayda kimi formalaşdırıla bilər. Əks halda, gələcək 20–30 il ərzində bu adətlərin zəifləməsi və ya tamamilə unudulması riski var. Çünki qloballaşma nəticəsində vahid həyat tərzi və düşüncə forması sürətlə yayılır və insanların dünyagörüşünə təsir edir. Bu baxımdan milli adətlərin qorunmaması mənfi tendensiya kimi qiymətləndirilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri