Icma.az
close
up
RU
Toyda dava düşdü, yumruq yedi, kor qaldı

Toyda dava düşdü, yumruq yedi, kor qaldı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ağcabədi rayonunda 26 yaşlı oğlan toy məclisindən həmkəndlisi və qohumuna ağır xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin dekabrın 2-də Ağcabədi şəhərində yerləşən “Xan Çinar” şadlıq sarayında baş verib.
2000-ci il təvəllüdlü Kürdxan Rəhimov sözügedən sarayda keçirilən toy mərasimində həmkəndlisi Yaşar ilə aralarında baş vermiş sözlü mübahisə zamanı, Yaşarın onun bibisinin və ölmüş anasının ünvanına söyüş söyməsi səbəbindən qisas almaq məqsədi ilə onun sol göz nahiyəsinə qəsdən yumruqla bir dəfə zərbə vurub. Bununla da zərərçəkmiş şəxs görmə qabiliyyətini itirib.
Kürdxan Rəhimovun barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilib.
İş üzrə izahat verən Kürdxan bildirib ki, Yaşarı tanıyır, hətta onların qohumluq münasibətləri də var, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmayıb:
“Bibim oğlu Nuralı Movlanverdiyev məni və ailə üzvlərimi 2 dekabr 2024-cü il tarixdə Ağcabədi şəhərində yerləşən “Xan Çinar” adlı şadlıq sarayında baş tutacaq toy mərasiminə dəvət etdi. Daha sonra mən və ailə üzvlərim, yəni həyat yoldaşım və azyaşlı qızımla birlikdə həmin gün saat 13 radələrində şadlıq sarayına getdik. Elə ora çatan kimi bəy və gəlin də şadlıq sarayına daxil oldular. Ardınca həyat yoldaşımı və qızımı qadın qohumlarım ilə bir yerdə otuzdurandan sonra ortalıqda toyun aparılmasına kömək etməyə başladım. Ardınca arada-bir qohumlarımın əyləşdiyi masaya yaxınlaşaraq spirtli içki qəbul etdim. Lakin demək olar ki, yemək yemədim. Həmin zaman qohumum Yaşar da toyda olub. Yaşar qardaşı Dayandur, atası Həsənqulu, oğlu Əlizamin və adlarını xatırlamadığım yeznələri ilə oturmuşdu. Toy gedə-gedə gələrək Yaşar və adlarını çəkdiyim şəxslə görüşdüm. Hətta, onlara qulluğu mən etdim”.
Təqsirləndirilən şəxs deyib ki, təxminən saat 17 radələrində bibisi Azadə və Baris toydan çıxaraq evə getməyə hazırlaşıb:
“Mən onları yola salmaq üçün əmim Adillə birlikdə şadlıq sarayının qarşısına çıxdım. Həmin zaman Yaşar da oğlu ilə birlikdə şadlıq sarayının qarşısında idi. Daha sonra şadlıq sarayının içərisinə girərkən bibim oğlu Əhliyyətlə qarşılaşdım. Əhliyyətlə söhbət əsnasında Yaşar içkili vəziyyətdə ona yaxınlaşdı və Əhliyyətin kim olduğunu məndən soruşdu. Əhliyyətin bibim oğlu olduğunu, yəni atam Qəhrəmanın bacısı Bəstinin oğlu olduğunu dedim. Ardınca Yaşar Əhliyyəti söyməyə başladı. Yaşara “o mənim qohumumdur, niyə söyürsən” deyə cavab verdim. Elə həmin zaman əmim Adil yanımıza gələrək nə baş verdiyini soruşdu. Mən olanları əmimə danışdım. Ardınca əmim aranı sakitləşdirdi”.
Kürdxanın ifadəsinə görə, daha sonra Yaşara “əgər atam Qəhrəman burda olsaydı, sənin bu sözünə görə səninlə dalaşardı” deyib:
“Yaşar isə “sənin atan mənəm“ deyə cavab verdi. Ardınca yenə əsəblərimi cilovladım özümü saxladım. Sonra əmim məni kənara çəkdi və özü Yaşarla söhbət etməyə başladı. Şadlıq sarayının toy olan zalına girdim və atama olanları danışdım. Atam mənim sifətimdən bir şillə vurdu, “sənlik deyil, mən özüm həll edəcəm” deyə cavab verdi. Həmin an zalda səs-küyün yarandığını eşitdim. Yaşarın adını xatırlamadığım bacısı yaxınlaşaraq “Yaşarı niyə vurdun” dedi. Mən Yaşarı vurmadığımı bildirdim. Daha sonra məni elə vəziyyətdə görən hamilə yoldaşımın vəziyyəti də pisləşdi. Sonra yoldaşımı götürərək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına apardım. Orada həyat yoldaşım həkimlər tərəfindən ilkin tibbi yardım aldı. Daha sonra Yaşarı da gözündən aldığı xəsarətə görə xəstəxanaya apardılar. Elə həmin zaman Yaşarın oğlu Əlizamin barəmdə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdiyini bildim. Mən Yaşarla yalnız sözdə mübahisə etmişəm, ona heç bir xəsarət yetirməmişəm”.
İş üzrə zərərçəkmiş Yaşar ifadəsində bildirib ki, “Xan Çinar” şadlıq sarayında əmisi nəvəsinin toy mərasimində iştirak edib:
“Həmin toyda Kürdxan Rəhimov da iştirak edib. Toy əsasən sakit şəkildə keçdi. Toyun sonunda atam və anam ilə bir stolda əyləşərək çay içirdik. Toyun sonlarında məclis iştirakçılarının sayı xeyli azalmışdı. Yalnız yaxın qohumlar məclisdə qalmışdı. Birdən Kürdxanın atası Qəhrəman mənə arxadan yaxınlaşaraq sol çiynimdən tutaraq məni qaldırdı. Həmin anda düşündüm ki, yəqin şadlıq sarayının pulunu tam ödəyə bilmədikləri üçün əlavə vəsaitə ehtiyac var, Qəhrəman mənə bu məqsədlə yaxınlaşıb. Əyləşdiyim yerdən tam durmadım, yəni qəddimi tam düzəltməmiş qəfildən sifətimdən vurdular. Məni yaxınlarım xəstəxanaya apardılar. Oradan isə Bakı şəhərinə, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə apardılar. Həmin xəstəxanada gözümdən əməliyyat olundum. Zədə aldığım gözüm tamamilə görmür. Mənə müalicəm ilə bağlı heç bir maddi yardım edilməyib”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib və o, 2 il 5 ay müddətə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında həbsə alınıb.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcı 12 fevral 2026-cı il tarixdən hesablanması qərara alınıb.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Sentyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri