Toyda döyülən şəxs xəstəxanada öldü
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən dava ölümə səbəb olub.
Modern.az "report"a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy mərasimində həmkəndlisi olan iki qardaş tərəfindən döyülüb.
Daha sonra Q.Yusubov xəstəxanaya aparılıb. Lakin işləri ilə əlaqədar olaraq xəstəxanada qalmaqdan imtina edib və evinə qayıdıb. Bu gün onun səhhəti getdikcə pisləşib.
O, yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Toyda döyülən şəxs xəstəxanada ölüb
07 İyun 2025 07:35
Cəlilabadda toyda döyülən şəxs ölüb
05 İyun 2025 19:18
Xəstəxanada ölən şəxs toyda döyülübmüş Təfərrüat
06 İyun 2025 18:45
Qəzada yaralanan şəxs xəstəxanada öldü
04 Aprel 2025 08:30
Gəncədə bıçaqlanan şəxs xəstəxanada öldü
22 Dekabr 2024 18:28

