Toyda musiqiçilər arasında dava Bıçaqlanan var (YENİLƏNİB)
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Mayın 7-də gecə saatlarında Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. Rayonda musiqiçi kimi fəaliyyət göstərən şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
09:06
Ağdaşda bıçaqlanma hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə Kotavan kəndində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü kənd sakini Əliyev Həsrət Əliməhəmməd oğlu mübahisə zəmnində bıçaqlanaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 May 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















