Icma.az
close
up
RU
Toyda verilən pullar saxta çıxıb KONKRET

Toyda verilən pullar saxta çıxıb KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Toya dəvət ediləndə gedirəm. 20, 40 dəqiqə, yarım saat… Kim nə qədər verir, min bərəkət. Heç vaxt toya yüksək qiymətə getməmişəm. Ona görə də hər gün toyda olmuşam”.

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Qonaqcanlı” verilişində deyib. Xanəndə toy məclisində başına gələn hadisəni bölüşüb. O bildirib ki, illər əvvəl qatıldığı məclisdə aldığı pullar saxta çıxıb:

“Adətdir, toyda şabaş olur. Bir dəfə də toya getdik, onda da dollar idi. Evə gəldik ki, hamısı saxta idi. 1990-ci illərdən danışıram… Şabaş yox, danışdığımız məbləğ idi. Təsəvvür edin, hamının pulunu verdim, səhər yığdılar ki, saxtadır. Evdə özümə qalanı da yoxlatdırdım, dedilər saxtadır. Bütün ansamblın pulunu evdən verdim”./Axşam.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri